GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avropa Şurasının komissarı Azərbaycanda ifadə azadlığı ilə bağlı hesabatını açıqlayıb

Avropa Şurasının komissarı Azərbaycanda ifadə azadlığı ilə bağlı hesabatını açıqlayıb

Tarix: 11-12-2019, 14:35 Bölmə :Cəmiyyət Baxış: 385
Avropa Şurasının komissarı Azərbaycanda ifadə azadlığı ilə bağlı hesabatını açıqlayıb


Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç Azərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı baş verən son olaylar; məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb. Komissar nümayəndə heyəti ilə birlikdə iyulun 8-dən 12-dək Azərbaycanda səfərdə olub və səfər zamanı həmin məsələləri diqqət mərkəzində saxlayıb.

Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Onun müşahidəsinə görə, hakimiyyətdən narazı, yaxud onu tənqid edən jurnalistlər və sosial media fəalları davamlı olaraq saxlanılır, həbs olunur. Onlara qarşı polisə müqavimət, xuliqanlıq, pul qoparmaq, vergidən yayınmaq, etnik, dini nifrəti qızışdırma, vətənə xəyanət, narkotik maddə, yaxud silah saxlama ittihamları irəli sürülür. Səfər zamanı komissar həbsdə olan jurnalistlər Seymur Həzi və Əfqan Muxtarlı ilə görüşüb.

Media fəllarına qarşı polisə müqavimət, xuliqanlıq, pul qoparmaq, vergidən yayınmaq, etnik, dini nifrəti qızışdırma, vətənə xəyanət, narkotik maddə, yaxud silah saxlama ittihamları irəli sürülür.

Qeyd edək ki, Seymur Həzinin 5 illik həbs cəzası avqustun 29-da bitib və azadlığa buraxılıb.

Komissar qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı bir sıra qərarlarda Avropa İnsan Hüquqları Konvensiyasının 18-ci maddəsinin (hüquqların məhdudlaşdırılmasından istifadəni azaltmaq) pozulduğunu, bunun 5-ci maddə (azadlıq və təhlükəsizlik hüququ) il birlikdə həyata keçirildiyini bildirib, çünki ərizəçilər hansısa pozuntuya yol verdiyinə görə deyil, məqsədli saxlanıb.

Komissar Azərbaycan hakimiyyətini baxışlarına görə saxlanan şəxslərin hamısını azadlığa buraxmağa çağırır. O, onlarla jurnalistin, vəkilin, siyasi fəalın və insan haqları müdafiəçisinin ölkədən çıxışına qadağa qoyulduğunu vurğulayır və hakimiyyəti bu qanunsuz əngəllərdən çəkinməyə səsləyir.

Hakimiyyət təmsilçiləri isə ölkədə insanların baxışlarına görə həbs olunmadığını bildirir, fərdlərin yalnız törətdikləri əmələ görə cəzalandırıldığını qeyd edir.

Komissarın ofisi bu hesabatla yanaşı Azərbaycan hökumətinin verdiyi şərhləri də yayıb. Hakimiyyətin mövqeyincə, hesabatdakı bəzi dəyərləndirmələr ölkədə insan haqları ilə bağlı real durumu əks etdirmir, bəzi bəndlər hətta qeyri-korrekt mənzərə cızmış olur.

“Hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi halların götürülərək onların əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır,” hökumət bildirir.

İnsan haqları komissarı Azərbaycan Cinayət Məcəlləsində defamasiyaya görə cəzanın qaldığını bildirir və defamasiyanın de-kriminallaşdırılmalı olduğunu bir daha dilə gətirir. O, 2017-ci ilin martında “İnformasiya, informasiyalaşdırma və informasiyanın qorunması haqqında” qanuna əlavələrə diqqət çəkir. Bu düzəlişlər hakimiyyətə imkan verir ki, “dövlətə və cəmiyyətə təhlükə yaradan informasiya”ya görə vebsaytları bloklasın. Bu düzəlişlərin qəbulundan sonra Bakıda rayon məhkəmələri bir sıra vebsaytları bloklayıb.

“Vebsaytların bloklanması informasiyaya çıxış hüququnu əngəlləyən aşırı tədbirdi. Bu səbəbdən komissar hakimiyyəti internet azadlığına təsir göstərən qanunvericilik və praktikanı Avropa standartlarına uyğunlaşdırmağa çağırır,” hesabatda deyilir.

Dunya Mijatovic Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu qeyd edir. O, Vəkillər Kollegiyasının ölkədə vəkillərin sayını artırmaqdan ötrü bir sıra addımlar atdığını da vurğulayır. Eyni zamanda göstərilən hüquqi yardımın keyfiyyətindən narahatlığını dilə gətirir.

“Vəkilliyə təsir göstərən islahatların bir çox şəxsləri hüquqi yardıma çıxışdan məhrum etməsi haqda deyilənlər dəqiq deyil. Azərbaycan vətəndaşları vəkil çatışmazlığından, yaxud hüquqi yardımın olmamasından əziyyət çəkmir,” hökumətin cavabında deyilir.

Komissar bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların əsasən siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını bildirir.

“Komissar Vəkillər Kollegiyasını vəkillərə qarşı şikayətlərin şəffaf və ədalətli ararşdırılması üçün prosedur qaydalarını möhkəmləndirməyə çağırır və qeyd edir ki, vəkillərin ictimai maraq doğuran işlər üzrə öz fikirlərini ifadə etmək hüququ var və onların azadlığı təmin olunmalıdır,” hesabatda deyilir.

“Bu qənaət doğru deyil. 2018-2019-cu illərdə 11 vəkil kollegiyadan çıxarılıb. Onlardan heç biri siyasi həssas hesab edilən işlərlə əlaqədar deyil. Altı vəkil 6 ay ərzində üzvlük haqqını ödəmədiyinə, 5 vəkil isə qanunvericiliyi pozduğuna görə kollegiyadan uzaqlaşdırılıb,” hökumətin cavabında vurğulanır.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxslərin Azərbaycan hökuməti üçün prioritet mövzulardan olduğunu bildirən komissar hakimiyyətin bu şəxslərin hüquqlarının təminatı yönündə vacib addımlar atmasını alqışlayır. O, bəzi məcburi köçkünlərin hələ də yataqxanalarda ağır şəraitdə yaşadığını, yerləşdirildikləri mənzillər üzərində sahiblik hüququ əldə edə bilmədiyini, mənzil təminatı zamanı məcburi köçkünlərin spesifik ehtiyaclarının nəzərə alınmadığını qeyd edir.

Komissar hakimiyyəti məcburi köçkünlərin bütün iqtisadi və sosial hüquqlara, özəlliklə də adekvat mənzil və işlə təminata çıxışını yaxşılaşdırmağa çağırır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Şurasının komissarı Emin Hüseynovun işi üzrə Avropa Məhkəməsinə iradlarını təqdim edib

    Avropa Şurasının komissarı Emin Hüseynovun işi ...

    4-10-2018, 15:54

  • 
  • “Bakı azadlıqların məhdudlaşdırılmasına son qoymalıdır”

    “Bakı azadlıqların məhdudlaşdırılmasına son ...

    6-08-2013, 15:53

  • 
  • Komissar: "Avropa İttifaqı dağıla bilər"

    Komissar: "Avropa İttifaqı dağıla bilər" ...

    30-12-2015, 18:05

  • 
  • “Əsas məsələ siyasi iradədir" - Azərbaycanda medianın durumu

    “Əsas məsələ siyasi iradədir" - Azərbaycanda ...

    11-07-2019, 19:18

  • 
  • Freedom House-un internet azadlığı hesabatında Azərbaycanda da danışılır

    Freedom House-un internet azadlığı hesabatında ...

    14-11-2017, 14:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu