“EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı cinayət işi başlanılıb.
Gundemxeber.Az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin Əməliyyat-İstintaq İdarəsi tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb və Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, yanğında bazardakı 2 hektar ərazidəki mağazlar yanıb, xeyli sahibkara ciddi maddi zərər dəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?