Bakıda bəzi marşrut xətlərindəki özbaşınalıqlar, sərnişinlərin həyatlarının heç sayılması halları heç kimə sirr deyil.
Gundemxeber.Az news24.az-a istinadən bildirir ki, son günlər yayılan videogörüntülər də bəzi marşrut xətlərindəki özbaşınalığın daha da artdığını göstərir. Xətai rayonu ərazisində ötüşən və qırmızıda keçən 113 nömrəli sərnişin avtobusu, Binəqədi rayonu Azadlıq prospektində sərnişinlə dolu halda əks zolağa çıxaraq xeyli insanın və digər maşınlarda olanları ölümlə üz-üzə qoyan 165 saylı marşrut xətti buna bariz nümunədir.
Maraqlıdır ki, qaydaları pozan 99 LZ 861 dövlət qeydiyyat nişanlı, içi sərnişinlə dolu avtobus bir neçə ay əvvəl Yasamalda dəhşətli qəza törədib və 8 maşını əzib. Həmin vaxt mətbuatda bu barədə çoxsaylı şikayətlər yazılıb. Bu dəfə həmin avtobus daha kobud qayda pozuntusu edib.
Dəfələrlə 165, 113 kimi marşrutları sürən sürücülərin özbaşınalıqları, cinayətləri, qayda pozuntuları barədə yazılsa da, şikayətlər edilsə də dövlət qurumları sınıq-salxaq bu avtobuslarla bağlı heç bir tədbir görmür.
Sorğu
Yeni dizaynımız necədir?