Bakıda marşrut avtobusu ölümlə nəticələnən qəza törədib.
gundemxeber.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu Qum adası qəsəbəsində "Daewoo" markalı, 10 TC 464 dövlət nömrə nişanlı marşrut avtobusu yolu keçməyə çalışan qadını vurub. Ağır xəsarət alan 50-55 yaşlı qadın hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?