Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib. Hadisə bu gün səhər saatlarında, İcra hakimiyyəti binasının yaxınlığında olub.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, hadisə ilə bağlı təcili yardıma saat 10:14-də məlumat daxil olub. Hadisə yerinə 3 Təcili Yardım briqadası gedib. Həkimlər mərkəzdən 50 yaşlı qadın götürüblər, onun müəllimə olduğu bildirilib. Sifətinin və hər iki əlinin termiki yanığı diaqnozu ilə müəllimə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılıb.
Daha bir neçə nəfər hadisə zamanı stress keçirib. Onlara yerində yardım göstərilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?