Hadisə Biləcəri qəsəbəsi, 5 ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində baş verib. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org- bildirib ki, zəhərlənmə ilə bağlı təcili yardıma dünən axşam- saat 22.27 -də məlumat daxil olub. Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Onlar həkimlərə istifadə müddəti bitmiş yağ yemələrini bildiriblər.
Hazırda müalicələri davam edir. 2 saylı uşaq xəstəxanasından bildiriblər ki, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?