9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin indiki tərkibinə daxil olan deputatlar da qatılmaq istəyir.
Gundemxeber.Az xəbər verir ki, artıq indiki tərkibdən 20-dən çox deputat iddiasını ortaya qoyub.
Bunlar Hacı Salayev, Aqil Abbas, Ziyad Səmədzadə, Jalə Əliyeva, Zahid Oruc, Əflatun Amaşov, Sahib Alıyev, Azay Quliyev, Adil Əliyev, Ülvi Quliyev, Çingiz Qənizadə, Eldar Quliyev, Novruz Aslanov, Qənirə Paşayeva, Rasim Musabəyov, Madər Musayev, Bəxtiyar Əliyev, Fəttah Heydərov, Səttar Möhbalıyev, Musa Qasımlı, Kamran Nəbizadə, Rüfət Quliyev, Azər Kərimli, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fazil Mustafadır.
Milli Məclisin indiki tərkibinə daxil olan deputatların böyük çoxluğu parlamentin buraxılmasının lehinə olub. Milli Məclisin buraxılması isə Prezident İlham Əliyevin başlatdığı islahatlar kampaniyası ilə izah edilib. Bildirilib ki, indiki parlament yarıtmaz fəaliyyəti ilə islahatlara mane olur. Deputatlar da Milli Məclisin buraxılmasına səs verməklə bunu təsdiq ediblər. Bu baxımdan onların yenidən namizədliklərini irəli sürmələri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta bəzi ekspertlər uzağa gedən nəticələr çıxararaq növbədənkənar seçkilər nəticəsində formalaşacaq parlamentin indiki tərkibdən cüzi fərqlənəcəyini bildirirlər. Halbuki növbədənkənar seçkilər elan ediləndə cəmiyyətdə Milli Məclisin dəyişyəcəyinə böyük ümid yaranmışdı. Məhz bu ümiddir ki, növbədənkənar seçkilərə marağı artırıb.
Lakin bədbin olmayan ekspertlər də var. Onların fikrincə, adıçəkilən şəxslərin namizədliklərini irəli sürmələri onların deputat seçilməsi demək deyil. Onların fikrincə, ötən seçkilərdə hakim partiyanın dəstəyilə parlamentə düşən bu şəxslərə növbədənkənar seçkilərdə belə bir dəstyin olacağı barədə qəti qərar yoxdur. Ona görə də tələsik nəticələr çıxarıb bədbinliyə qapılmaq doğru deyil.
Sorğu
Yeni dizaynımız necədir?