Hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar Milli Məclisin buraxılması üçün kollektiv müraciət hazırlayıblar. Həmin müraciət artıq Milli Məclisdə baxılmaq üzrədir. Xatırladaq ki, ötən gün YAP-ın Siyasi Şurası parlamentin buraxılmasının zəruriliyi barədə qərar qəbul edib. Qərara əsasən Milli Məclisin indiki tərkibi prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi islahatlarla ayaqlaşmır.
Konstitusion prosedura əsasən indiki halda Milli Məclisin buraxılması üçün onun üzvlərinin əksəriyyətinin mandatlarından imtina etməsi əsas götürülə bilər. Prezident YAP-dan olan deputatların mandatlarından imtina haqda müraciətini əsas götürərək Milli Məclisin buraxılması, növbədənkənar seçkilərin təyin edilməsi haqda sərəncam verəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?