Bu gün, dekabrın 24-də bir qrup ictimai fəal uyğur türklərinin hüquqlarının müdafiəsi məqsədi ilə Çinin Azərbaycandakı Səfirliynin qarşısında etiraz aksiyası keçirib.
Gundemxeber.Az amerikaninsesi.org-a istinadla bildirir ki, aksiya iştirakçıları Çin düşərgələrində işgəncələrlə öldürülmüş uyğur türklərinin xatirəsini anıb. Fəallar Çinin Azərbaycandakı Səfirliyinin qarşısına qara rəngə boyadıqları gül dəstələri səpib, uyğur türklərinin bayraqlarını qaldırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlu bildirib ki, uyğur türklərinin bayrağını Azərbaycandakı bütün türklərin adından qaldırır.
“Çində uyğur türklərini kütləvi şəkildə soyqırıma məruz qoyurlar. Uyğurların dilini yasaq ediblər, milli kimliyindən uzaqlaşdırmağa çalışırlar. Din və vicdan azadlığı pozulur. Həbsxanalarda işgəncələrə məruz qoyulurlar. Biz, bu, qara rəngə boyadığımız qərənfillərlə işgəncə ilə öldürülmüş uyğurların xatirəsini anırıq,” o qeyd edib.
Yasəmən Qaraqoyunlu insanları uyğur türklərinin mübarizəsinə dəstək olmağa çağırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?