GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Günahsız yerə 13 ay həbsdə yatdım”

“Günahsız yerə 13 ay həbsdə yatdım”

Tarix: 28-12-2019, 11:29 Bölmə :Cəmiyyət Baxış: 412
“Günahsız yerə 13 ay həbsdə yatdım”


Şərləndiyini deyən qadın haqq-ədalətin bərpasını tələb edir

“Heç bir günahım olmaya-olmaya məni 13 ay 15 gün həbsdə saxladılar. 1-i xəstə olmaqla 3 övladım qohum-qardaşın ümidinə qaldı. İlk gündən də hamı bilirdi ki, heç bir günahım yoxdur, əlimdə olan səs yazıları bunu sübut edirdi. Amma bu sübutlar məni həbsdən qurtarmadı. Düzdür, sonda bəraət aldım. Amma məni şərləyən, barəsində dələduzluğa görə 8 il həbs cəzası çıxarılan Təyminə Abdullayevanı (Yusifova) təkrar dələduzluğa görə məhkəmə şərti cəza ilə azadlığa buraxdı. Budur ədalət?”

Bu sözləri “Yeni Müsavat”a Bakı sakini Səkinə İsmayılova bildirib. Qeyd edib ki, ona və özünün keçmiş həyat yoldaşına qarşı dələduzluq etmiş Təyminə Abdullayeva cəmiyyət üçün təhlükəli şəxsdir.

Təyminə Abdullayeva həyat yoldaşı Barat Abdullayevə qarşı külli miqdarda dələduzluq edib. Ərinin sərvətlərini mənimsəyən Təyminə Abdullayeva özünü təmizə çıxarmaq üçün Səkinə İsmayılovaya böhtan atıb, yekunda isə özü 8 il azadlıqdan məhrum edilib...

Bu haqda “Yeni Müsavat”da “Bakıda ərini aldadan qadın rəfiqəsini şərlədi, sonda özü həbsə girdi” sərlövhəli yazı dərc etmişdik.

Təyminə Abdullayevanın cinayət işinin materialları ilə tanış olduqca, məhkəmə istintaqı haqda mətbuatda yazılan xəbərləri oxuduqca kriminal filmlərə ssenari ola biləcək gedişat göz önünə gəlir. İbtidai istintaq orqanı tərəfindən və həmin dövrün mətbuat yazılarında Səkinə İsmayılova “falçı Səkinə” kimi təqdim olunub. Faktiki isə Səkinə İsmayılova falçı, baxıcı-filan deyilmiş, bu adlar ona digər bir cinayətin, gizli sevgi münasibətlərinə xərclənən pulların izini itirməkdən ötrü qoyulubmuş. Cinayət işinin hallarından, Səkinənin danışdıqlarından məlum olur ki, əslində hazırkı ssenari Təyminə Abdullayeva və onunla əlbir olmuş bir qrup şəxslər və havadarları tərəfindən illər öncə hazırlanıb. Məqsəd isə onun Təyminənin öz ərinə, ərinin biznes ortaqlarına və ərinə etibar etmiş biznesmenlərə məxsus əmlakları müxtəlif yollarla ələ keçirmək və sair hallar olub. Hətta müəyyən olunub ki, Səkinə İsmayılova özü də bilmədən T.Abdullayeva və onun ətrafındakıların niyyətlərini həyata keçirmələrinə, onların tez ifşa olunmalarına səbəb olub. Ssenari üzrə məntiqi sonluq onun Təyminənin özünün həyat yoldaşının sifarişlə aradan götürülməsi ilə nəticələnməli imiş.

İttihama görə, Səkinə İsmayılova etibardan sui-istitadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirib. Zərərçəkmiş şəxslərə - Təyminə Abdullayevaya və onun bacısı qızı Esmira Hüseynovaya xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq edib. Tanışı Təyminə Abdullayevanı aldadaraq, falçılıq fəaliyyəti ilə məşğul olaraq sonuncunun ailəsində olan problemləri aradan qaldıracağını yalandan vəd verib. Bu məqsədlə Təyminə Abdullayevadan ümumilikdə 150 min manatdan artıq pul alıb. Məhkəmə araşdırmaları zamanı isə məlum olub ki, T.Abdullayeva özünün əməlləri ifşa olunduqdan sonra əmlakların və pulların mənimsənilmə məqsədlərini gizlətmək üçün Səkinə İsmayılovanı qurban kimi seçib. Pullar digər şəxslərə - Təyminə Abdullayevanın tanışlarına, havadarlarına və bir neçə özündən 15-20 yaş kiçik gənc sevgililərinə, gizli münasibətləri olan şəxslərə verilib. İsmayılovanın guya falçı olması da məhz bu məqamın gizlədilməsi üçün uydurulan versiyanın inandırıcı olmasına xidmət edib.

Səkinə İsmayılova şərlə həbsdə saxlandığı, Bakı Ağır Cinayətlər Məhkəməsində üzərində məhkəmə getdiyi günlərdə Təyminə Abdullayevanın barəsində olan cinayət dosyesi də bu instansiyaya daxil olub. Cinayət Məcəlləsinin 3 maddəsi - rəsmi sənədləri saxtalaşdırma, külli miqdarda ziyan vurmaqla dələduzluq və hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ilə ittiham olunan T.Abdullayeva sonda 8 il azadlıqdan məhrum olunub. Az sonra isə onu əfvlə azad ediblər. Səkinə İsmayılova bəraət alıb azadlığa çıxandan sonra Təyminə Abdullayevaya qarşı iddia qaldırıb, onun barəsində yalan məlumatlar verib həbs etdirdiyinə görə məsuliyyətə cəlb edilməsini tələb edib.

Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə Səkinə İsmayılovanın iddiasına baxılıb. Hakim əvvəllər məhkum edilmiş Təyminə Abdullayeva barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edib. Bu, o deməkdir ki, dələduzluq, sənədləri saxtalaşdırma və s. cinayətlərdə adı keçən bir qadın 2 il müddətində Bakı şəhəri ərazində axşam 23-dən səhər 6-ya qədər yaşayış yerini tərk etməməlidir. Bu isə 296.2-ci maddə ilə ən yüngül cəzadır. Halbuki Təyminəni azadlıqdan məhrum etməli idilər.

Səkinə İsmayılova Nərimanov məhkəməsinin hökmünü ədalətsiz sayır. Deyir ki, onu heç bir günahı olmaya-olmaya 13 ay 15 gün həbsdə saxlayıblar, övladlarını anasız qoyublar. Təyminə Abdullayevanın isə məhkəmə hökmü ilə təsdiqlənən cinayətləri ortalıqdadır. “Apelyasiya şikayəti vermişəm. Ümid edirəm ki, apelyasiya instansiyasında Təyminə Abdullayevanın ayağındakı probasiya məmurlarının vurduqları elektron bilərziyi açıb əlinə qandal vurub həbsə göndərəcəklər. Bu qadın şərçidir, barəsindəki mənasız hökmlərlə azadlıqda qaldığı müddətdə mənim kimi günahsız insanları tora salmaqda davam edəcək. Onu real olaraq cəmiyyətdən təcrid edib cəzalandlrmaq lazımdır ki, bir daha ağlının ucundan belə cinayət etmək keçməsin” - deyə Səkinə İsmayılova bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Falçı Səkinə"nin məhkəməsində zərərçəkmiş: "Balam şikəst qaldı, məni sağaldardın da"

    "Falçı Səkinə"nin məhkəməsində ...

    23-09-2017, 12:57

  • 
  • İş adamının arvadının məhkəməsində şok faktlar

    İş adamının arvadının məhkəməsində şok faktlar ...

    22-05-2017, 16:48

  • 
  • Sabiq icra başçısının qızının məhkəməsi başladı

    Sabiq icra başçısının qızının məhkəməsi başladı ...

    11-01-2016, 13:53

  • 
  • "Məmurlarla dostam" deyən falçı məhkəmə zalında həbs olundu

    "Məmurlarla dostam" deyən falçı məhkəmə ...

    30-08-2015, 12:28

  • 
  • Deputatın qardaşı oğlu azadlığa buraxılıb

    Deputatın qardaşı oğlu azadlığa buraxılıb ...

    17-03-2017, 21:01


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu