GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » İş adamının arvadının məhkəməsində şok faktlar

İş adamının arvadının məhkəməsində şok faktlar

Tarix: 22-05-2017, 16:48 Bölmə :Kirminal Baxış: 514
İş adamının arvadının məhkəməsində şok faktlar


Məşhur iş adamı Barat Abdullayev arvadını dələduzluqa günhalandırıb

Ər-arvadın arasında mülk davası, məhkəməsi çəkişməsi və sonda dələduzluq

Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə araşdırılır.

İttihama görə, Təyminə Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməməklə bağlı qətimkan tədbiri seçilib. O, həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında həbs edilib. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə şəxsiyyət vəsiqəsini saxtalaşdırıb.

Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərər, ona 890 min manat məbləğində ziyan vurub.

Qeyd edək ki, Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda oteli, ticarət obyektləri olduğu bildirilir. Əlavə edək ki, Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təqsirləndirilən şəxs isə bildirib ki, Əhmədli metrosunun yaxınlığında yerləşən “Vesta” Gözəllik Salonunda Səkinə

İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı Təyminə Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. Səkinə İsmayılovanın təklifi əsasında Təyminə Abdullayeva evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb, həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınması və pulu yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra Təyminə Abdullayevaya pul ödəmədən evi Səkinə İsmayılovaya satıb.

“Narazı qalmışam”

Təyminə Abdullayeva ibtidai istintaqa bildirib ki, 1990-cı ildə ailə qurduğu Barat Abdullayev dayısı oğludur, həmin nikahdan 2003-cü ildə Neman adlı övladları dünyaya gəlib: “Evli olduğumuz halda Barat 1998-ci ildə Natalya adlı bir qadınla qeyri-rəsmi yaşamağa başladı və bir qız övladları dünyaya gəldi. Buna görə aramızda tez-tez problemlər, söz-söhbətlər olurdu. Övladımın atası olduğu üçün Barat Abdullayevi bağışladım. Ərim tez-tez işi ilə bağlı xarici ölkələrdə olub, Bakıya qayıtdıqda isə o biri ailəsinin yanında qalıb. Bu vəziyyətdən narazı qalmışam”.

“Ekstrasensin kömək edəcəyini dedi”

Təyminə Abdullayevanın sözlərinə görə, bacısı qızı Esmira və onun tanışı Nazilə adlı qadın vasitəsi ilə Səkinə İsmayılova adlı qadınla tanış olub: “Nazilə mənə dedi ki, sənə cadu ediblər. Məsləhət gördü ki, Səkinənin yanına gedim. Esmira

da belə məsləhət gördü. Nazilə məni Səkinənin Əhmədlidəki evinə apardı. Səkinə də mənə bildirdi ki, bir rus qadın sənə cadu edib. Cadunun çıxarılması üçün 20 min manat istədi. Bu pulla Gürcüstandan cadunun çıxarılması üçün müxtəlif əşyalar gətirəcəyini dedi. Bununla razılaşdım. İki gün sonra bacım Rəna və qızı Esmira ilə Səkinənin evinə getdik, 20 min manatı ona verdim. Səkinə falıma baxıb dedi ki, mənim və oğlumun ölümünə cadu ediblər. Pulu alanda Səkinə bir bağlama verdi. Dedi, bunu gözdən uzaq, qaranlıq bir yerdə saxlayaq. Biz də Zığ qəsəbəsində zeytunluğa basdırdıq. Həmin vaxt Səkinə dedi ki, səbirli ol, yaxında hər şey düzələcək. Təxminən 1 ay sonra Səkinə ilə telefonla danışanda ona dedim ki, ərim bəzi obyektlərini və mənzilini satmaq istəyir. Amma alınmır. Ondan kömək istədim. Səkinə Qəmbər adlı ekstrasensin kömək edəcəyini dedi”.

“Evli və ya subay olduğumu demədim”

Təyminə Abdullayevanın sözlərinə görə, cadunun pozulması üçün 20 min manatı Səkinəyə özü verib: “Amma ekstrasens Qəmbərə özüm pul verməmişəm, Səkinədən çatdırmışam. Səkinə dedi ki, Qəmbər heç kimlə ünsiyyətdə olmur, pulu ver, işin həll olunsun. Mən də pulu ona verdim. Səkinə söz verdi ki, bir aya hər iki iş düzələcək. Amma üç ay keçdi, amma iş düzəlmədi. Bundan sonra pulumu geri istədim. Səkinədən səs çıxmadı”.

Təyminə Abdullayeva əri Barat Abdullayevlə birgə yaşadığı mənzili qanunsuz ələ keçirməkdə də təqsirləndirilir. O, gözəllik salonu almaq üçün evi ərindən xəbərsiz girov qoyması və pul götürməsi məsələsini belə izah edib: “Mən

Səkinənin tanışı olan Eminə ailəli olduğumu, ancaq evin öz adıma olmadığını dedim. Ərimdən xəbərsiz evi girov qoymağın mümkün olmadığını söylədim. Emin bu işi həll etməyə söz verdi. Şərt kimi bildirdi ki, bank xərcləri olacaq. Həmin vaxt şəxsiyyət vəsiqəsini itirdiyim üçün ASAN xidmətə müraciət edərək yeni şəxsiyyət vəsiqəsi aldım. ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi alarkən nə nikah haqqında, nə də boşanmaq haqqında sənəd təqdim etdim. Evli və ya subay olduğumu demədim”.

“Mənə 100 min lazım idi”

Təqsirləndirilən şəxsin sözlərinə görə, şəxsiyyət vəsiqəsi aldıqdan sonra Eminlə əlaqə saxlayıb və “Dəmirçi plaza”da yerləşən “Faktor Lizinq” şirkətinin ofisinə dəvət edib: “Kreditlə bağlı danışdıq. Mənə 110 min manat lazım olduğunu dedim. Emin isə bildirdi ki, 130 min yazdıraq, 20 min də bank xidmətləri tutulacaq. Mənə 100 min lazım idi, Səkinə demişdi ki, 10 min artıq götürüm. Həmin pulu Xəyyama verəcəkdi. Və sonra mənim pulumu qaytaranda geri ödəyəcəkdi. Bu məbləği verərkən lizinq şirkəti bir öhdəçi istədi. Mən də Səkinə ilə əlaqə saxladım. Xəyyam, Səkinə və Eminlə birlikdə 9 saylı notariat kontoruna getdik. Orada Səkinə də, mən də sənədləri imzaladıq. Mən sənədləri oxumadan imzaladım.

Daha sonra lizinq şirkətinin ofisinə qayıtdıq. Mən 110 mini aldım. Yolda pulun 60 minini Səkinəyə verdim, 35 min isə lombarda ödədim. Bu söhbətlərdən 2 aya yaxın vaxt keçdi. Amma Səkinə salonu mənim adıma keçirmədi. Hər dəfə müxtəlif bəhanə gətirərək məni aldatdı. Səkinə lizinq şirkətinə də pul ödəmirdi.

Mənə zəng edib dedilər ki, öhdəçiliyi öz üzərimə götürüm. Əgər pulu ödəməsəm, ev əlimdən çıxa bilər. Mən də 6 min ödədim. Həmin pulu da bacımdan aldım. Öhdəçiliyi öz üzərimə götürəndən sonra Səkinədən borc müqaviləsi bağlamağımızı istədim. Əvvəlcə razılaşdı, sonra telefonları söndürüb yoxa çıxdı. Bu barədə ərimə və qaynıma dedim. Onların məsləhəti ilə polisə müraciət etdim”.

Daha sonra Təyminə Abdullayeva ifadəsində bildirib ki, evdən çıxarkən 3 mülki geyimli şəxs ona yaxınlaşıb: “Məni zorla maşına mindirmək istədilər. Onların polis olduğunu bilmədim. Həmin vaxt huşumu itirib yıxıldım. Onlara müqavimət göstərmədim. Ayılanda isə oğlum və dostlarının həmin şəxslərə mübahisə etdiyini gördüm”.

“Qollarıma xəsarət yetirdi”

Daha sonra zərərçəkmiş polis əməkdaşı Oqtay Məmmədov ifadə verib: “İş yoldaşım Orxan Babayevlə mənə bildirdilər ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan Təyminə Abdullayevanı saxlamaq əmri verilib. Bölmədə qadın barəsində məcburi gətirilmə haqda qərar vardı. Onun yaşadığı mənzilə getdik, Təyminə Abdullayeva yaxınlaşdıq. Özümüzü təqdim etdik, vəsiqəmizi göstərdik. O, bizimlə getməyəcəyini dedi. Qollarından tutduq. Bacısı və bacısı qızı da üstümüzə hücum çəkdi. Təyminə Abdullayerva dırnaqları ilə qollarıma xəsarət yetirdi. Bacısı Rəna isə Orxana müqavimət göstərdi, onu yumruqla vuraraq xidməti işinə mane oldu”.

Digər zərərçəkmiş Orxan Babayev bildirib ki, hazırda polis sıralarında deyil: “Şəxsi məsələmlə bağlı polis sıralarından çıxmışam. Həmin vaxt bölmədə Təyminə Abdullayevanın məcburi gətirilməsi haqqında rəsmi qərar vardı. Bizə rəis tapşırıq vermişdi, gedib icra etdik”.

Təyminə Abdullayevin vəkili Janna Bağırova məhkəməyə sənəd təqdim edib. 17-ci polis bölməsinin vəkilin sorğusuna verdiyi cavabda Təyminə Abdullayevanın polis bölməsinə məcburi gətirilməsi haqda qərarın olmadığı bildirilir.

Orxan Babayev bildirib ki, həmin sənədi rəis Oqtay Məmmədovun əlində görüb. Polis əməkdaşı vəkillərin suallarının bir çoxuna cavab verə bilməyib.

Məhkəmə prosesi mayın 24-də davam edəcək.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror 300 min manatlıq obyekti ələ keçirməkdə təqsirləndirilən şəxslərə 48 il həbs cəzası istəyib

    Prokuror 300 min manatlıq obyekti ələ keçirməkdə ...

    19-10-2016, 17:12

  • 
  • Məhkəmə dələduzun barəsində axtarış elan etdi

    Məhkəmə dələduzun barəsində axtarış elan etdi ...

    17-04-2015, 11:55

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Dələduzluqda təqsirləndirilən aparıcı həbs edilib

    Dələduzluqda təqsirləndirilən aparıcı həbs edilib ...

    15-05-2014, 16:11

  • 
  • Dələduz 9 il cəza aldı

    Dələduz 9 il cəza aldı ...

    28-06-2016, 18:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu