GundemXeber.Az bildirir ki, bu gün Ağdam Rayon Məhkəməsində "Lombard N1” firmasının sahibi Məlahət Qurbanovanın criminal.az saytının redaktoru Anar Məmmədova qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.
Jurnalist bildirib ki, prosesə nə iddiaçı gəlib, nə də onun nümayəndəsi. "O, lombardçı Məlahət ifadəsində təhqirin olub- olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin olunması barədə vəsatət qaldırmışdı. Vəsatət hələlik baxılmamış saxlanılıb”, - A.Məmmədov bildirib. Onun sözlərinə görə, məhkəmə ona dövlət hesabına vəkil təyin edib. "Mən imtina etdim. Vəkilim Elçin Sadiqovun orderini məhkəməyə təqdim etdim. Növbəti məhkəmə baxışı yanvarın 10-na təyin olundu”, - A.Məmmədov bildirib.
Xatırladaq ki, M.Qurnabova Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə iki dəfə xüsusi ittiham qaydasında iddia qaldırıb. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya "Lombard Məlahət" tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil. "Anar Məmmədov həmin yazısında "Məlahət" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız"-deyə M.Qurbanova iddiasında qeyd edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?