Bakı Dövlət Yol Polisi idarəsində aparılan yoxlamalar başa çatıb.
Gundemxeber.Az xəbər verir ki, bu haqda Qaynarinfo-ya özəl mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, yoxlamaların nəticəsi olaraq, bu gün Bakı DYP-nin rəhbərliyi sərəncama göndərilib. Buraya müavinlər, şöbə və bölmə rəisləri, İdarənin zabit heyəti daxildir.
Qeyd edək ki, üç gün əvvəl Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov da vəzifəsindən azad edilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?