Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına 27 müraciət daxil olub.
Bunu MSK sədrinin müavini Rövzət Qasımov Seçki hüquqlarının pozulmasına dair müraciətlərə baxılmasına həsr olunan seminarda deyib.
Onun sözlərinə görə, bu, heç də o demək deyil ki, bütün iddiaçılar haqlıdır.
“Ancaq araşdırmalar nəticəsində o da bəlli olub ki, bəzi dairə seçki komissiyalarının qərarı düzgün olmayıb”, - deyə o əlavə edib. O bildirib ki, MSK-nın qərarı nəticəsində şikayət edən yeddi nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Qeyd edək ki, bu ilin fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?