Repressiya və İşgəncələr əleyhinə Komitənin AXCP fəalı Əlizamin (Zamin) Salayevin polis tərəfindən işgəncələrə məruz qoyulması ilə bağlı bəyanatı.
Komitəyə daxil olmuş məlumata görə siyasi fəal Zamin (Əlizamin) Oqtay oğlu Salayev Salyan Rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi kapitan Həmzə Əzizovun qanuna zidd və polis əməkdaşına yaraşmayan hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdən sonra ona qarşı polis orqanları tərəfindən təzyiqlər başlanmışdır.
Kapitan H. Əzizov özünü Daxili İşlər Naziri V.Eyvazovun qohumu kimi qələmə verərək, onun əməllərini ifşa etməkdən çəkinməsə, Z. Salayevi qohumluq əlaqələrindən istifadə edərək cəzalandıracağı ilə hədələmişdir.
13 yanvar 2020-ci il tarixdə Zamin Salayev kapitan Əzizovun qanunsuz əməlləri və onu hədələməsi haqda Daxili İşlər Nazirliyinə məlumat vermək üçün Bakı şəhərinə gələrkən mülkü geyimli polis əməkdaşları tərəfindən saxlanmışdır. Z. Salayev Səbayil Rayon Polis şöbəsinə gətirilmiş, əvvəlcə şöbənin 8-ci bölməsində onu saxlayan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları, sonra isə Səbayil RPŞ-nə aparılıb, şöbə rəisinin iştirakı ilə döyülmüş, ağır fiziki və psixoloji işgəncələrə məruz qalmışdır. İşgəncələr nəticəsində halı pisləşən Z. Salayev polis avtomobilində xəstəxanaya aparılmış, orada onun "...qarın nahiyəsində fəsadlaşmış boğulmuş yırtıq" əmələ gəldiyi və təcili cərrahiyyə əməliyyata ehtiyacı olduğu bildirilmişdir.
Buna məhəl qoymayaraq, polis işçiləri Z. Salayevi Səbayil rayon məhkəməsinə, orada 30 sutka inzibati həbs elan olunduqdan sonra, Binəqədi təcridxanasına aparmışlar. Təcridxananın əməkdaşları ağır vəziyyətdə olan Salayevi qəbul etməkdən imtina etmiş, lakin kiminləsə uzun-uzadı telefon danışığından sonra qəbul edilərək kameraya yerləşdirilməsinə nail olmuşlar.
Yanvar ayının 21-də Z.Salayevin oğluna heç bir qanuni əsas göstərilmədən atası ilə görüşə icazə verilməmişdir. 22 yanvarda Salayevin vəkili Cavad Cavadov onunla görüşmüş və işgəncə faktlarını qeydə almışdır. Hal-hazırda Zamin Salayevin sağlamlıq durumu kritik həddədir və ona heç bir tibbi yardım göstərilmir.
Repressiya və İşgəncələr Əleyhinə komitə Zamin Salayevin qeyri-qanuni inzibati həbsinə və ona qarşı tətbiq edilmiş işgəncələrə qəti etirazını bildirməklə, ona təcili tibbi yardım göstərilməsini tələb edir.
Qeyd edə ki, AXCP fəallarından olan Əlizamin Salayev Salyan Payon Polis İdarəsinin əməkdaşının cinayət əməllərini onun üzünə dediyi vireo görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, DİN-nin rəhbərliyi cinayət törətmiş əməkdaşının qanunsuz hərəkətlərini araşdırıb, hüquqi qiymət vermək əvəzinə, Əlizamin bəyin həbsə alınması barədə göstəriş verib. Bu azmış kimi, həbsə alındıqdan sonra o polis tərəfindən fiziki zorakılıqlar və işgəncələrə məruz qoyulub.
Bununla bağlı olaraq AXCP sədri Əli Kərimli bəyanat yayıb. Bəyanatda deyilir.
Əlizamin bəyə qarşı 8-ci polis bölməsində cinayət törədilib. Əlizamin bəy imkan tapıb, bizə xəbər göndəribəbs olunduğu polis bölməsində, Əlizamin bəyə işgəncə verilib, o vəhşicəsinə döyülüb. Əlizamin bəyi də videokamera qarşısında döyüblər. Əlizamin bəy polis bölməsində elə döyülüb ki, hətta Binəqdi Müvəqqəti Saxlama Mərkəzində o şəraitdə onu qəbul etməyiblər. Polislər onu xəstəxanaya aparıblar. Xəstəxanada həkimlər bildirib ki, onu tibbi əməliyyat etmək lazımdır. Lakin Əlizamin bəyi ora aparmış polis buna imkan verməyib və bildirib ki, ilkin tibbi yardım göstərilsə kifayətdir.
Ölkədə polis zorakılığı və işgəncə meydan sulayır, dövlət siyasəti statusu alıb. Əlizamin bəyə qarşı törədilənlər konkret cinayətdir. İlham Əliyevin şəxsi rəhbərliyilə həyata keçirilən işgəncə siyasətinin icraçısı DİN, ört-basdır edəni isə prokurorluq və məhkəmə sistemidir. Özünü ləyaqətli vətəndaş və demokratik düşüncəli insan hesab edən hər bir şəxs indi susmamalıdır. Dövlət səviyyəsində həyata keçirilən işgəncə siyasətini durdurmaq üçün səsini qaldırmalıdır. Ya biz millət olaraq birgə səylərimizlə bu cinayətkar mexanizmi durdurmalıyıq, ya da susduqca sıra hamıya çatacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?