GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » DEPUTATLIĞA NAMİZƏD AYGÜN SÜLEYMANLININ “DRONQO TAKTİKASI”

DEPUTATLIĞA NAMİZƏD AYGÜN SÜLEYMANLININ “DRONQO TAKTİKASI”

Tarix: 25-01-2020, 15:27 Bölmə :Cəmiyyət Baxış: 584
 DEPUTATLIĞA NAMİZƏD AYGÜN SÜLEYMANLININ “DRONQO TAKTİKASI”


“Dronqo” adlı quş var. Çöl heyvanları özləri üçün qida axtardığı zaman, dronqo guya, onlara kömək edir. Belə ki, bu quş digər yırtıcı heyvanların gəlişindən xəbər verib, güvən qazanmaqdan ötrü növbətçi roluna girir.

Uzaqdan gələn qartalı görüb, xəbərdarlıq edir və həmin heyvanlar qaçıb gizlənir. Təhlükə sovuşduqdan sonra onlar geri qayıdıb yenidən qida axtarmağa başlayır. Bu dəfə isə dronqo yalandan xəbərdarlıq səsini ucaldır. Heyvanlar təhlükəsizlik məqsədilə qaçıb gizlənən zaman, həmin quş onların tapdığı qidaları oğurlayır...

Budəfəki parlament seçkilərinə namizədlər sırasında jurnalistlərin çox olması diqqəti çəkir. Məsləkləri onların təbliğat-təşviqat məsələlərində həmkarlarının köməyindən yararlanmaq fürsəti verir ki, bu da açıq-aşkar müşahidə olunur. Ancaq Azərbaycan seçicisi ayıqdır: Səs verəcəyi namizədin kimliyini, xalq, dövlət, cəmiyyət üçün gördüyü işləri, daşıdığı potensialı, vəd etdiyi perspektivləri, çəkə biləcəyi yükü, verdiyi sözə nə dərəcədə sadiqliyini dürüst müəyyənləşləşdirməyi bacarır. Həmin şəxsin təkcə seçki ərəfəsində necə təqdim olunması seçiciyə kifayət etmir, seçici onun keçdiyi yola baxış atmağı da vacib sayır.

28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızı ictimaiyyət arasında “tanınmış müstəqil jurnalist Aygün Muradxanlı” kimi tanınır. Adı çəkilən seçki dairəsinin əhatə etdiyi Bakı kəndlərinin əhalisi yaxşı bilir ki, Aygün Muradxanlı-Süleymanlı atasının soyadını daşımayıb, vaxtilə ümummilli lider Heydər Əliyevi, ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyevi sərt tənqid edən qatı müxalifətə xidmət etmiş “Yeni Müsavat”, “Azadlıq” qəzetlərində işləsə də, “müstəqil” olandan sonra “ingilis bayrağı kimi külək əsən tərəfə dalğalanıb”. KİV-in maliyyələşməsi mənbələrindən söz düşəndə həmişə qapalı hesab etdiyi reklam bazarındakı ədalətsizlikdən şikayətlənib, amma iqtidarın jurnalistlərə verdiyi mənzil hədiyyəsini o da məmnuniyyətlə qəbul edib. Daha fikirləşməyib ki, rahat yaşamağı haqq etmiş neçə-neçə şəhid ailəsi, Qarabağ müharibəsi əlili hələ də ev növbəsindədir. Halbuki, o, vicdanlı həqiqət carçısı olsaydı, sınıq qol kimi cəmiyyətin boynundan asılmazdı və büdcəsi vətəndaş-seçicinin ödədiyi vergi hesabına formalaşan dövlətdən mənzil dilənmək əvəzinə, jurnalistlərin özlərinin pul qazanıb ev ala bilməsinə imkan verəcək reklam bazarının şəffaflığının təmin olunmasını axıradək tələb edə bilərdi.

Aygün Süleymanlı “boş çanağı dolu çanağa vurmaq” siyasəti ilə hərəkət edərək, özünün seçkiqabağı təbliğat-təşviqat kampaniyasını bütünlüklə dairə üzrə ən nüfuzlu namizədin əleyhinə “qara piar” aparmaq, qarşı tərəfi seçki qanunlarını kobud şəkildə pozmaqda ittiham etmək üzərində qurub. “Mən onu ümumiyyətlə rəqib saymıram” sözləri ilə başladığı bu kampaniyanın ilk günlərində saytlardan birinə verdiyi müsahibənin altından rəy yazan oxucular isə onu heç də alqışlamadılar. Məsələn, internet istifadəçilərindən biri yazmışdı: “Mənim fikrimcə, seçki rəqibinə qarşı tənqidi çıxışlar yalnız məğlubiyyətə səbəb ola bilər. Ən yaxşı və sivil yol - öz platformanızı təqdim etməklə, gələcəyə baxışlarınızı bölüşün, görüləcək işlərdən danışın. Bu, daha səviyyəli olar”.

Aygün Süleymanlının “platforması” isə budur: “Belə baxıram, fevralın 9-na qədər bir kitablıq felyeton yazacam... MSK bizdən bir qovluq şikayət almağa hazır olsun... Mediadakı dostların dəstəyinə güvənirəm!”

Təbliğatı əsasən sosial şəbəkələr üzərindən və qapı-qapı gəzməklə qurmağa üstünlük verən Aygün Süleymanlı yaxşı bilir ki, seçiciləri toplu halında görüşə cəlb etmək ona çətin olacaq. Maraqlıdır ki, görəsən o, qalan günlər ərzində 58 min seçicinin hamısının qapısını döyməyə necə vaxt tapacaq. Amma bu da bəllidir ki, Aygün Süleymanlı seçicilərindən qabaq Jurnalistlərin Evində yaşayan qonşu həmkarlarının qapılarını döyüb.

İndiyədək yazdıqlarımız üçün istifadə etdiyimiz mənbələr bütün oxucular üçün əlçatan yerlərdədir. İndi də öz müşahidələrimiz və seçicilərin verdikləri məlumatlar əsasında öyrəndiklərimizə keçək. Məlum olmuşdur ki, Aygün Süleymanlı seçicilərlə görüşmək, onları öz tərəfinə çəkmək üçün dronqo quşunun metodundan istifadə edir. Verilən məlumata görə, Aygün xanım yerlərdə söz yaydırır ki, filan gün, filan yerdə filan namizədin seçicilərlə görüşü keçiriləcək. Özü iyirmi adamı bir yerə yığa bilmədiyinə görə, ümid edir ki, şayiəyə aldanıb gələn olacaq və o da həmin izdihamı guya özünün tərəfdarları olan seçicilər kimi lentə alıb “Yutub” kanalında görüntüləyəcək. Amma əlbəttə ki, planı boşa çıxır. Seçicilər yaxşı tanıdıqları, özlərinki saydıqları namizədlə, onun vəkilləri, nümayəndələri ilə əlaqə saxlayıb sözün “yerinə çatıb” növbəti görüşün dəqiq vaxtını və yerini öyrənirlər. Hətta o da bildirilir ki, Aygün Süleymanlı seçkiqabağı tədbirlərdə Bakı kəndlilərinə özünü şirin satmaq üçün onların ləhcəsi ilə danışmağa cəhd edir. Hətta yeni qohumluq əlaqəsi quranda belə bəlli çevrədən kənara çıxmamağa çalışan Bakı kəndlərinin sakinləri özlərinə təmsilçi seçimində də kifayət qədər konservantdırlar, yerli xüsusiyyətləri dərindən bilən, nəslinə-soyuna yaxşı bələd olduqları həmkəndlilərinə üstünlük verirlər. Yaxşı bilirlər ki, Aygün Süleymanlı Maştağada orta təhsil alıb böyüsə də, əsli-kökü onların kəndindən deyil, gəlmədir. Odur ki, Aygün xanımın kənd ləhcəsində danışmaq cəhdi uğursuz və eybəcər alınır, hətta rəqibi olan yerli namizədləri ironik imitasiya etmək kimi başa düşülür.

Televiziya ilə efir vaxtının baha olduğunu əsas göstərərək, internet üzərindən təbliğat aparan Aygün Süleymanlı sosial şəbəkədə də dəcəllik edir. İddia edir ki, guya namizədlərdən birinin adamları onun video-roliklərini paylaşan seçicilərdən həmin paylaşımlarını silməyi tələb edir, hədə-qorxu gəlirlər.

Jurnalist-namizəd bir dəfə KİV-ə verdiyi müsahibədə onun nə vaxtsa deputat seçkilərinə qatılıb-qatılmayacağını soruşan həmkarına belə cavab vermişdi: “Jurnalistika ilə ciddi məşğul olmaq zamanla onu həyat tərzinə çevirir. Meydan daralanda yazmaq həvəsi azala bilər, amma bu qələmdən birdəfəlik imtina düşüncəsi yaratmır. Çünki, jurnalistikaya tramplin kimi baxmayıb bu peşəyə gerçəkdən xidmət edənlər toplumu yazmaqla, deməklə sağlamlaşdıracaqlarına inananlardır. Özümü bu sırada gördüyümçün fərqli bir iş haqqında düşünmürəm. Amma zaman başqa reallıqlar da ortaya çıxara bilər”.

Göründüyü kimi, zaman başqa reallıqlar ortaya çıxardı və o, fərqli bir iş görmək, jurnalistikadan tramplin kimi istifadə etmək qərarına gəldi. İşinin “fərqliliyi” də gördüyünüz kimidir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni ildə quş qripindən ilk ölüm faktı qeydə alındı

    Yeni ildə quş qripindən ilk ölüm faktı qeydə ...

    9-01-2014, 13:35

  • 
  • İrandan quş və quşçuluq məhsulları gətirilməsinə qadağa qoyulub

    İrandan quş və quşçuluq məhsulları gətirilməsinə ...

    13-02-2018, 19:18

  • 
  • Azərbaycanda yenidən quş qripi həyəcanı- MONİTORİNQ

    Azərbaycanda yenidən quş qripi həyəcanı- ...

    10-02-2014, 12:40

  • 
  • İnterpolun axtardığı şəxs deputatlığa namizəd oldu - ŞOK

    İnterpolun axtardığı şəxs deputatlığa namizəd ...

    5-08-2015, 14:26

  • 
  • Türkiyəyə göndərilən casus quş ələ keçirildi – FOTOLAR

    Türkiyəyə göndərilən casus quş ələ keçirildi – ...

    30-07-2017, 21:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu