Şimali Amerikada quş qripindən bu ilin ilk ölüm faktı qeydə alınıb. H5N1 virusundan ölüm hadisəsi Kanadanın Albert əyalətində baş verib.
Ölən şəxsin bir müddət əvvəl Çinin Pekin şəhərinə getdiyi xəbər verilir. Dekabrın sonlarında Pekindən təyyarə ilə Vankuverə getdiyi zaman şəxsdə qripin ilk əlamətləri özünü göstərib.
Ümumiyyətlə isə 2003- 2013 – cü illərdə quş qripinə yoluxma ilə bağlı 649 hadisə qeydə alınıb. 15 ölkədə qeydə alınan bu hadisələr zamanı 384 nəfər ölüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?