9 saylı Binəqədi ikinci Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarov yanvarın 28-də seçicilərlə görüşlərini davam etdirmişdir.
O, M.Ə. Rəsulzadə qəsəbəsinin Abdinbəyov və Xutor yaşayış massivinin S.Bəhlulzadə küçələrinin bir qrup sakini ilə görüşmüşdür. Görüş zamanı seçicilər yaşadıqları ərazilərin problemlərini həll etmək üçün deputatlığa namizəddən kömək göstərməyi xahiş etmiş, ona bir sıra tapşırıqlar vermişlər.
K.Qafarov bu arzu, istək və tapşırıqlara qanuna müvafiq qaydada yanaşacağını və onları nəzarətdə saxlayacağını bildirmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?