Türkiyə koronavirus epidemiyası səbəbilə Çinin Uhan şəhərindən 45 nəfəri “Koca Yusuf” əməliyyatı ilə təxliyə edəcək.
Gundemxeber.Az bildirir ki, onlardan 35-i Türkiyə, 10-u isə Azərbaycan vətəndaşıdır.
Əməliyyat təcili yardım təyyarəsinə çevrilən “Koca Yusuf” adlı hərbi yük təyyarəsi ilə həyata keçiriləcək.
Türkiyəyə gələcək sərnişinləri Uhan aeroportunda həkimlər onları müayinə edəcək. Pilot və ekipaj daxil olmaqla, hər kəsə xüsusi geyimlər veriləcək. Türkiyəyə gətirilən vətəndaşlar, onları gətirən pilot və səhiyyə ekipajı 14 gün karantində saxlanılacaqlar.
Hamı maskalardan istifadə edəcək. Eyni anda bir neçə nəfərin maskasını çıxararaq yemək yeməsinə və ya maye qəbuluna icazə verilməyəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?