Suriyada İŞİD terror qruplaşmasının tam məğlub edilməsindən sonra ABŞ-ın növbəti hədəfinin Türkiyə olacağı gözlənilir.
Suriyada İŞİD terror qruplaşmasının əlində olan torpaqların 96 faizini itirdiyini açıqlayan ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hasekedə PKK/PYD-yə verdiyi silahları Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daşıyır. Son bir həftə ərzində yüzlərlə TIR-dan ibarət 3 kolon Afrinə gəlib. Afrin, Tel-Abyad, Münbiç və Ayn əl-Arabda oktyabrın 8-də toplantı keçirən PKK/PYD Türkiyə sərhədindəki bütün nöqtələrdə döyüş hazırlıqlarına başlayıb. Terror təşkilatı döyüşçülərinə “Türkiyəyə hücuma hazır olun!” təlimatı verib. Silah-sursatla yanaşı, son bir həftə ərzində 2 mindən çox terrorçunun Afrinə daxil olduğu bildirilir. Silahların arasında isə uzunmənzilli raketlər və zenit qurğularının yerləşdirildiyi avtomobillər də var. PKK tərəfindən elan edilən “İdlib Hərbi Assambleyası”nın başçısı seçilən Əhməd Sultan təşkilat üzvləri üçün bir bəyanat verib. O, bütün hazırlıqların Türkiyəyə qarşı bir neçə ay davam edəcək böyük bir müharibə üçün edildiyini etiraf edib. Hasekq, Qamışlı, Ayn əl-Arab və Münbiçdə elan edilən səfərbərlik qərarı ilə 18-36 yaş arasında olan vətəndaşları zorla toplayan PKK onları terror düşərgələrində verilən 3 həftəlik təlimdən sonra Afrinə göndərir.
Sorğu
Yeni dizaynımız necədir?