Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibəylinin oğlu Ərəstu Həbibəylinin Türkiyədə alüminium profillər istehsal edən fabriki var.
Gundemxeber.Az bildirir ki, criminal.az sautı müstəqil jurnalist Cavanşir Həsənlinin 9 iyul 2018-ci ildən Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi işləyən Ərəstü Həbibbəylinin xarici ölkədəki biznesini araşdırıb.
Məlum olub ki, Ə.Həbibbəyli ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİni 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçirib. Şirkətin ofisi Cevizlik Mahallesi, İstanbul Cd. No:12, 34142 Bakırköy/İstanbul, Türkiyə ünvanında yerləşir.
Komitə sədrinin digər oğlu Səhət Həbibyli bu yaxınlarda Naxçıvan MR-in Gömrük Komitəsinin rəhbəri təyin olunub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?