Yanvarın 31-də erməni işğalçı qüvvələrinin Qarabağakı təlim mərkəzlərindən birində intihar etdiyi deyilən əsgər Vaqram Avakyanın tabutunun etiraz olaraq Yerevana aparılması zamanı aksiya iştirakçılarından biri ölüb.
Gundemxeber.Az xəbər verir ki, Ermənistanın Armavir vilayətində dünən fevralın 2-də keçirilən etiraz aksiyasında dəfn mərasimi iştirakçılarından birinin ürəyi partlayıb.
Belə ki, səhər saatlarında əsgərin yaxınları onun tabutunu çiyinlərinə alaraq Yerevan istiqamətində yollanıblar. Onlar istintaqın Vaqamın intihar etdiyi barədə versiyasına inanmadıqlarını deyiblər. Çünki əsgər Avakyanın bədənində iki güllə yarası olub. Əsgərin atası bildirib ki, onun oğlunu güllələyiblər və hadisəni intihar kimi qələmə veriblər.
Müdafiə naziri David Tonoyan aksiya iştirakçılarının qarşısına çıxıb və “şərəfinə and içərək” bu hadisənin hərtərəfli araşdırılacağını, günahkarların öz cəzasını alacağını bildirib. O, məlumat verib ki, əsgərin intiharına görə onun üç xidmət yoldaşı, o cümlədən “Şmays” ləqəbli keçmiş deputat Arakel Movsesyanın oğlu həbs edilib.
Tonoyanın sözlərinə inanan kəndlilər meyiti kəndə qaytarıb dəfn ediblər. Məlum olub ki, tabutu Yerevana tərəf aparanda kənd sakinlərindən biri, 62 yaşlı Martun Abelyanın halı qəfil pisləşib və ölüb. “Martun tabutu aparmağı qərara aldı, amma heç iki yüz metr getməmişdi ki, infarkt oldu”,-Aytaq kənd icmasının rəhbəri Merujan Muradyan bildirib.
Onun sözlərinə görə, əsgərin tabutunu Yerevana aparanda bir çoxlarının halı kəskin pisləşib.
Xatırladaq ki, Qarabağda erməni işğalçı qüvvələrinin sıralarında son vaxtlar bir-birinin ardınca intiharlar, əsgərlərin bir-birini güllələməsi halları baş verir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?