Mayın 6-da Ermənistanın Mehrab rayonundakı hərbi hissədə baş vermiş cinayətin üstü açılıb. Əsgər Levon Torosyanın qəsdən öldürüldüyü iddiası öz təsdiqini tapıb.
Cinayət hadisəsinin araşdırılması ilə məşğul olan vəkil Ruben Martirosyan qətli təsdiq edəcək faktlar aşkarladığını bildirib. Vəkilin sözlərinə görə, əsgər Torosyan hadisənin baş verdiyi günün səhər saatlarında anasıyla telefonla danışarkən güllələnib. O, müstəntiq K.Abazyanın cinayəti gizlətdiyini və Torosyanın xidmət vaxtı intihar etdiyini bildirb. Bu məqsədlə də əsgərin cəsədi uzun müddət hərbi hissədə gizlədilib və baş vermiş hadisə barədə ailəsi məlumatlandırılmayıb. Torosyan pulemyotla başından vurulub, iriçaplı silah onun başını darmadağın edib. Vəkil əsgərin hərbi hissədə çavuş Volodya Oxikyan tərəfindən cinsi zorakılığa məruz qaldığını və hadisənin də buna görə baş verdiyini iddia edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?