Keçən ilin noyabr ayında nəzarət altına alınmış türk fəallar Yaşar və Ruzbeh Piri mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin xəbəriə görə, Piri qardaşları noyabr ayında artan benzin qiymətinə qarşı baş qaldıran etirazlara qatılmaq ittihamı ilə tutulmuşdular.
“Ruzbeh Piri noyabrın 17-də evində, qardaşı Yaşar Piri isə eyni gün Təbrizin ümumi kitabxanasında nəzarət altına alınaraq, İslam İnqilabı Qvardiyasının (Sepah) təhlükəsizlik qurumuna məxsus həbsxanaya göndərildilər,” HRA-nın saytında dərc edilib.
İki fəal bir neçə həftə təhlükəsizlik qurumunun həbsxanasında sorğu-sual edildikdən sonra Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdülər.
Piri qardaşları “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə fəaliyyət edən qruplara üzvlük” və “rejimə qarşı təbliğat fəaliyyəti” aparmaqda günahlandırılıblar.
Yaşar Piri daha əvvəl Urmiyə Gölü ilə bağlı təşkil olunan etirazlara qatıldığı üçün nəzarət altına alınaraq şərti həbs və şallaq cəzasına məhkum edilib.
Keçən noyabr ayında İranda baş qaldıran xalq etirazları zəminində xəbər agentlikləri təqribən 1500 vətəndaşın öldürüldüyünü bildirirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?