Banka təqdim olunan sənəddə isə həmin ziyarətgahın aylıq gəliri 5000 manat göstərilib
Azərbaycanın rayonlarından birində ziyarətgahlardan birini girov qoyaraq, kredit götürmək istəyiblər. Bu barədə "Jam.az" saytına kredit üçün müraciət edilmiş bankın əməkdaşlarından biri məlumat verib. Kredit üçün müraciət edənlər ziyarətgahın girov qoyulması müqabilində 300 min manat pul istəyiblər. Həmin pulun da alınmasını belə sənədləşdirməyi təklif ediblər ki, guya, kreditlə pirin təmiri gerçəkləşdiriləcək. Mənbə bildirir ki, əslində, həmin pulla yeni fermanın salınması və kiçik sexin açılması nəzərdə tutulub ki, bunu da etmək istəyənlər nəzarətlərində olan ziyarətgahı girov qoymaq istəyiblər. Maraqlı məqamlardan biri də odur ki, sənədlərdə ziyarətgahın aylıq gəliri də qeyd olunubmuş. JAM.AZ-a danışan mənbə deyir ki, həmin kağızlarda ziyarətgahın aylıq gəliri kimi 5000 manat göstərilib.
Sorğu
Yeni dizaynımız necədir?