DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov:
"Son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlar yayılır. Bununla əlaqədar bildirirəm ki, həmin iddiaların heç bir əsası yoxdur və bu dezinformasiyadır. Polis, seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi - kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir. Ona görə də seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyim əməllərlə əlaqədar, eləjə də namizədin seçicilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilir, o cümlədən protokol tərtib edilir yaxud araşdırmaların nəticələri üzrə digər qərarlar qəbul olunur. Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?