Fevralın 9-da ölkədə keçirilən parlament seçkilərinə namizəd kimi 54 saylı Şabran-Siyəzən seçki dairəsindən qatılan bəstəkar-müğənni Elza Seyidcahanın vəziyyəti pisləşib.
Gundemxeber.az xəbər verir ki, Əməkdar artistin prodüseri modern.az-a açıqlamasında müğənnin vəziyyətinin yaxşı olmadığını söyləyib:
“Elza xanımın vəziyyəti yaxşı deyil. Qəfil halı pisləşdi. Hazırda təcili tibbi yardım maşını ilə Bakıya gəlirik. Özü telefonlara cavab verə bilmir”.
Bundan öncə müğənni sosial şəbəkədə paylaşdığı statusda qeyd etmişdi ki, ona və bacısına seçki vaxtı hücumlar olub və ona millət vəkili olmaq lazım deyil:
“Mən onsuz da Allah tərəfindən bir sənətkar kimi seçilmişəm. Amma görün onlar nə ediblər. Bunlardan nə qədər atıblar. Burada nələr baş verir siz bilmirsiniz. Kaş heç mən bu yolu gəlməzdim. Amma yaxşı ki, gəldim. Çünki camaata bizim kimi sənətkarlar çox lazımdır”.
Sorğu
Yeni dizaynımız necədir?