Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, “D18” Hərəkatı və bəzi müstəqil namizədlər Bakıda birgə mitinq keçirməyi qərara alıblar.
Fevralın 11-də təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndəriblər.
Məktubda deyilir ki, aksiya fevralın 16-sı saat 15-də paytaxtın “28 May” metro stansiyasının qarşısındakı meydanda keçiriləcək. Mitinqdə 9 fevral parlament seçkisində yol verilmiş saxtakarlıqlara etiraz bildiriləcək.
Təşkilatçılar mitinqə 10 min nəfərin qoşulacağını gözləyirlər.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, 125 dairə üzrə keçirilmiş parlament seçkisində prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından 72 nəfər deputat seçilir.
Lider namizədlər arasında Vətəndaş Həmrəyliyi Partiyasının 3, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasının hərəyə 1 təmsilçisi var, 42 nəfər isə partiyasızdır.//Sozcu.az
Sorğu
Yeni dizaynımız necədir?