Müğənni Ayan Babakişiyeva cadu ilə bağlı açıqlaması ilə diqqət çəkib.
Gundemxeber.Az bildirir ki, sənətçi "Hər şey daxil" verilişində ona cadu edildiyini deyib. Ayan bildirib ki, buna görə 3 ay yataq xəstəsi olub:
"9 il əvvəl 3 ay yataqda yatdım. Həkimlər dərdimə əlac tapa bilmirdilər. Bütün analizlər sağlam çıxırdı. Bir dostum dedi ki, buna nəsə ediblər. Getdik Allahın evinə, dualar oxudular. Elə bil ağzımdan ruh çıxırdı. Ondan sonra yavaş-yavaş sağalmağa başladım".
Ayan daha sonra özü də cadu etdirdiyini söyləyib. O, prodüser Tarix Əliyevin suallarını cavablandıraraq "Cadu etdirmişəm. Öz işlərimi açdırmaq üçün ağ magiya etdirmişəm" sözlərini deyib.
Sorğu
Yeni dizaynımız necədir?