Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb.
125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub.
Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, 111 saylı Zaqatala-Balakən seçki dairəsindən lider namizəd Kamilə Əliyeva, 123 saylı Kəlbəcər seçki dairəsindən isə lider namizəd Aqil Məmmədovdur. Xatırladaq ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.//report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?