İranda ötən sutka ərzində daha iki pasiyent koronavirusdan ölüb. Bununla da ölənlərin sayı rəsmi məlumata görə, 14-ə çatıb. Hərçənd real rəqəmin qat-qat çox olduğu bildirilir. Ən çox yoluxma və ölüm halları Qum şəhərində baş verir.
Virus İrandan Omana da sıçrayıb. İranda səfərdə olmuş iki Oman vətəndaşı virusa yoluxub və nəticədə Oman İranla bütün gediş-gəlişi dayandırıb. Bundan əvvəl İranda olmuş Əfqanıstan, Küveyt və Bəhreyn vətəndaşlarının da həmin virusa yoluxduqları açıqlanmışdı.
Virusun tüğyan etməsi ilə əlaqədar Azərbaycan istisna olmaqla bütün qonşu ölkələr İranla sərhədlərini bağlayıb, aviareyslər dayandırılıb. İranda virusun yayıldığı rəsmən açıqlanana qədər hər gün Azərbaycandan bu ölkəyə minlərlə adam gedib qayıdırdı. Buna baxmayaraq səhiyyə rəsmiləri virusun İrandan Azərbaycana keçdiyinə dair “heç bir hal aşkarlanmadığını” iddia edirlər. Hərçənd ötən gün İrandan qayıdan 4 nəfərdə yüksək hərarət aşkarlanıb və onlar Bakıda xüsusi xəstəxanaya yerləşdiriliblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?