Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) azərbaycanlı araşdırmaçı jurnalist Xədicə İsmayılovanın həbs edilməsinin əsl məqsədinin onu “işinə görə susdurrmaq və cəzalandırmaq” olduğu barədə qərar qəbul edib.
Azərbaycan hökuməti Xədicə İsmayılovanı 2015-ci ildə insan haqları qruplarının uydurma adlandıqlqları ittihamlar üzrə yeddi il yarım müddətinə həbsə məhkum etmişdi. Lakin o, 2016-cı ildə şərti azadlığa buraxılsa da, onun ölkəni tərk etməsinə icazə verilmir.
Strasburqda qərargahlanan məhkəmənin Fevralın 27-də verdiyi qərarda bildirilir ki, Xədicə İsmayılovaya qarşı ittihamlardan biri "məcburiyyət altında verilmiş saxta şikayət üzərində" irəli sürlüb, digər ittihamlar isə "faktlara əsaslanmayıb" göstərilir.
Məhkəmənin qərarında bildirilir ki, Azərbaycan hökuməti jurnalistə dəymiş ziyana görə ona 25 min avro ödəməlidir.
Xədicə İsmayılovanı vicdan məhbusu kimi tanıyan Amnesty International təşkilatı məhkəmənin qərarını alqışlayıb, lakin həmçinin "Azərbaycan hakimiyyətinin Xədicəyə qarşı etdiyi haqsızlıqların hələ bitmədiyini" bildirib.
Amnesty International təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə müavini Denis Krivoşeyev bildirib ki, "ona qarşı ədalətsiz hökmlər ləğv olunmayıb və ixtiyari məhdudiyyətlər, o cümlədən səyahət qadağası hələ də qüvvədə qalıb".
Krivosheyev həmçinin Azərbaycan hakimiyyətini "dinc tənqidçiləri susdurmaq məqsədi daşıyan siyasi motivli təqiblər üçün qanundan sui-istifadə etməyi dayandırmağa" çağırıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?