Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Elman Quliyev bu gün aclıq aksiyasına başlayıb.
Gundemxeber.Az bildirir ki, E.Quliyev Facebook səhifəsində yazıb ki, bununla 9 fevral parlament seçkiləri zamanı saxtakarlığa etiraz edir.
12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsində deputatlığa namizədliyini irəli sürmüş E.Quliyev "ölkə boyunca kütləvi saxtakarlığa” etiraz edir. Bu gün bir qrup deputatlığa namizəd yenidən MSK-nın binasına gələrək bir neçə dairədə səsvermənin nəticələrinin ləğvini tələb edib. Polis onların toplaşmasına icazə verməyib və binadan uzaqlaşdırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?