“Sozcu.az” rəhbəri Elşən Əlisoy Baş Prokurorluğa çağırılıb.
Bu barədə məlumat verən Elşən Əlisoy bildirib ki, onun prokurorluğa çağırılması, Sozcu.az saytında dərc edilən “Sabunçu xəstəxanasında bir nəfərin koronovirusdan öldüyü haqda səs yazısı yayıldı” xəbəri ilə bağlıdır:
“Bu gün təxminən saat 17:00 radələrində prokuroluğun mətbuat xidmətindən zəng edərək, “Sabunçu xəstəxanasında bir nəfərin koronovirusdan öldüyü haqda səs yazısı yayıldı – SƏS YAZISI” – başlığı ilə dərc edilən yazıya görə mənə irad bildirildi və bununla bağlı prokurorluqda olmağım tələb edildi. Mən Ağsu rayonunda olduğumu dedim və bu saatda Prokurorluqda ola bilməyəcəyimi qeyd etdim”.
Elşən Əlisoy qeyd edub ki, bundan sona Ağsu Rayon Prokurorluğuna çağırılıb:
“Bundan sonra, Ağsu Rayon Prokurorluğundan zəng edərək, məni rayon prokurorluğuna dəvət etdilər. prokuroluğa getdim və orda mənə bildirdilər ki, sabah (04 mart) Respublika Prokurorluğunda olmalıyam. Sabah prokurorluğa gedəcəm.
Sorğu
Yeni dizaynımız necədir?