Ərdəbil vilayətinin apellyasiya məhkəməsi Məhəmmədrza Fəqihiyə bəraət hökmü verib.
İnsan haqları üzrə fəalliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məlumata görə, daha əvvəl Ərdəbil Məhkəməsinin 102-ci şöbəsi tərəfindən 'Abbas Lisani ilə əlaqə quraraq gizli məhkəmə sənədlərini ifşa etmək' ittihamı ilə suçlanaraq, 6 ay həbs cəzasınına məhkum olan vəkil Məhəmmədrza Fəqihi apellyasiya məhkəməsində bəraət qazanıb.
Daha öncə məhkəmə Fəqihini vəkili olduğu milli fəal Abbas Lisaninin məhkəmə sənədlərini onunla paylaşmasından dolayı gizli sənədlərini yayma ittihamı ilə mühakimə edərək 6 ay azadlıqdan məhrum etmişdi. O, keçən il oktyabrın 20-də Ərdəbil prokurorluğuna müraciət etdiyi zaman nəzarət altına alınmışdı.
Fəqihi Ərdəbil prokurorunun müavini tərəfindən çağırıldıqdan sonra Ərdəbil prokurorluğunda həbs edilmişdi. Vəkil 3 gün sonra 50 milyon tümənlik girov qarşılığında sərbəst buraxılmışdı.
İnsan haqları vəkili olan Məhəmmədrza Fəqihi məhkəmənin gizli sənədlərini vəkili olduğu türk siyasi məhbus Abbas Lisani ilə paylaşmaqda suçlandırılmışdı.
Fəqihinin müdafiəçi vəkili olduğu Azərbaycanlı siyasi məhbus Abbas Lisani ötən il sentyabrın 30-da Ərdəbil apellyasiya məhkəməsi tərəfindən 15 il həbs cəzasına məhkum edilmişdi.
Məhəmmədrza Fəqihi həmçinin dörd türk dil haqları fəalı Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafinin vəkili olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?