Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə qarşı yeni ittihamlar səsləndirilib. Bu barədə elektorn poçtumuza gələn müraciətdə DGK sədri Səfər Mehdiyevin gömrük sistemindəki özəl maraqlarından danışılır. Söhbət avtomobillərə tətbiq olunan gömrük rüsumlarının həddən-ziyadə şişirdilməsindən gedir. Həmin müraciəti təqdim edirik:
"İnsanlar Gürcüstanda 3 min manata maşın alır, ancaq Səfər Mehdiyevin rəhbərlik komitə ona 6 min rüsum tələb edir. Adam gedib Amerikadan 5 minə maşın alır, gömrükçülər dirəşir ki, bu maşın Azərbaycanda 15 mindir və rüsumu da 5 minə yox, 15 minə uyğun hesablayıb, alırlar. Gömrük boğaza kimi bataqlığın içindədir, camaatı incitməklə məşğuldur. Atdığı bütün addımlar insanların ziyanına olur və ciddi etirazlar yaradır. Bu həssas dövrdə sizin məqsədiniz nədir, hörmətli Gömrük Komitəsi?.
Gürcüstan hibrid avtomobillərə güzəşt edib - 60 faiz. İran edib, başqa dövlətlər isə çoxillik planlar işləyir, hətta, hibrid və elektromobil gətirənlərə dövlət özü dəstək olur, pul ayırır. Azərbaycan gömrüyünün rəhbərliyi isə bildirir ki, hibrid üçün güzəşt məqəsədəuyğun deyil. Çünki o maşınlardan çox pul qazana bilmirlər.
Bu gün Azərbaycanın şimal rayonlarında Rusiya, qərb rayonlarında və Bakı da daxil olmaqla hər yerdə Gürcüstan nömrəli avtomobillər sürülür. Niyə? Çünki gömrük rüsumlarını artırıb avtomobilin real qiymətindən 2-10 dəfə çox tələb edirlər. Səfər Mehdiyevin sayəsində avtomobil bazarı çöküb. Adam küçəyə çıxanda gürcü nömrələrini görüb, özünü Gürcüstanda hiss edir.
Bütün bunlar Səfər Mehdiyevin "xidmətinin" nəticəsidir. Gürcüstana Almaniyadan, Yaponiyadan, Amerikadan gömrük rüsumları daxil 5 minə gətiriən avtomobil nə üçün Azərbaycanda keçəndə 15 min olur?"
Təəssüflər olsun ki, yenə də hörmətli DGK-dan hansısa münasibət öyrənmək cəhdlərimiz alınmadı... Amma yenə də rəyləri üçün dinləməyə hazırıq..//DİA.AZ
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?