Bu gün səhər saatlarında Qarabağ qazisi Mingəçevir Şəhər İcra Hakimiyyətinin binası qarşısında “Tavriya” markalı avtomobilinə od vuraraq yandırıb.
Gundemxeber.Az xəbər verir ki, İcra və Probasiya şöbəsinin böyük icra məmuru Zaur Rəfiyev sözügedən məsələdən xəbərdar olduqlarını, ancaq həmin şəxsin avtomobilini hansı səbəbə görə yandırdığını bilmədiklərini deyib. İcra məmurunun verdiyi açıqlamada həmçinin bildirilir ki, avtomobilini yandıran şəxsin qanunsuz tikilisinin sökülməsi ilə bağlı icra işi olub. İcra tədbiri müəyyən olunaraq qanunsuz tikili sökülüb: “Avtomobilini yandıran şəxs Orucov Əmir Duman oğludur. Şəki Apellyasiya məhkəməsinin qətnaməsi əsasında həmin tikilinin sökülməsi icra olunub. Həmin şəxs özü də həmin tədbirdə iştirak edib, ərizəsi ilə sökülməyə qarşı etirazını bildirməyib. Səhər isə belə bir hadisə ilə qarşılaşmışıq”.
Qeyd edək ki, əraziyə gələn yanğınsöndürmə birqadası və polis əməkdaşlarının köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil tamamilə yarasız hala düşüb.//Yeniavaz.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?