“Sərhədsiz Reportyorlar” mətbuatı müdafiə təşkilatı Bakıda feministlərin 8 MARŞ aksiyasını işıqlandıran jurnalistlərə qarşı polis zorakılığını pisləyib.
“Martın 8-də Bakıda feministlərin marşı zamanı 8 jurnalist polis zorakılığına məruz qalıb. Xəsarətlər, uzun müddətli saxlanma, cırılmış press-kart…
Biz jurnalistlərə qarşı yeni yolverilməz təzyiqi pisləyirik,” təşkilatın Twitter səhifəsində qeyd edilib.
Martın 8-də Feminist Hərəkatı "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı ilə Bakıda yürüş keçirib. Aksiyada “Şiddətə susma!” şüarı da qaldırılıb.
Yürüş “Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra “Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb. Aksiya razılaşdırılmadığından polis müdaxilə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?