Tibb Universitetinin keçmiş rektoru, deputat Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanova qarşı keçmiş biznes ortağı 1 milyon dollarlıq iddia qaldırıb.
Gundemxeber.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Əmiraslanova məxsus “Azər-Türk Med” klinikasının həmtəsisçisi olmuş Ersadık Ali Haydar oğlu Turan Nəsimi rayon məhkəməsinə müraciət edərək iddia qaldırıb. O, ortağı Azər Əmiraslanovun ona 1 milyon ABŞ dolları borcu ödəməli olduğunu bildirib.
Lakin Nəsimi rayon məhkəməsi onun iddiasını təmin etməyib. Ersadık Turan qərardan narazı qalaraq apelyasiya şikayəti verib. İşə bu gün hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, E.Turan 2019-cu ilin avqust ayında klinikanın həmtəsisçiliyindən çıxıb.
Bundan öncə mətbuatda Azər Əmiraslanovun adı bir çox qalmaqallı işlərdə hallanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?