Bakı Apelyasiya Məhkəməsində “DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin müştərilərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.
“DəmirBank” ASC müştəriləri Nurullayev Cavid Bağı oğlu, Abdullayeva Rəna Cəmil qızı, Haqverdiyev Müşfiq Ağababa oğlunu məhkəməyə verərək, onlardan borc pullarının tutulmasını tələb edib.
Xətai Rayon Məhkəməsi bankın iddiasını təmin edib və cavabdehlərdən pulun tutulması barədə qərar qəbul edilib. Cavabdehlər məhkəmənin qərarından narazı qalaraq apelyasiya şikayəti veriblər. Onların şikayətləri hakim Abiddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakimlər apelyasiya şikayətini qeyri mümkün hesab ediblər.
“Bank Respublika” ASC-də bir qrup müştərisi ilə məhkəmədə çəkişməli olub. Səbəb isə kreditin faizlərin tutulmasl və zərərin ödənilməsi olub. Bakı şəhər sakini Abbasov Sədrəddin Abbas oğlu və digər şəxslərə qarşı iddia ərizəsinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə bankın iddiasını təmin edib.
Daha bir bankın iddia üzrə məhkəmə prosesi Yasamal Rayon Məhkəməsində keçirilib. “AGBank” ASC müştərisi Məmmədov Faiq Aydın oğlunun məhkəməyə verib. Bank ipotekaya qoyulmuş əmlakın satılmasını istəyib. Məhkəmə iddianı qismən təmin edilib. Belə nəticəyə gəlinib ki, Faiq Məmmədovun əmlakı satılmalı, əldə olunan puldan bankın borcu ödənilməli, qalan pul isə Faiq Məmmədovun özünə qaytarılmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?