Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, keçmiş siyasi məhbus Məmməd İbrahim Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılaraq 10 sutka müddətinə inzibati həbsə məhkum edilib.
Bu barədə AXCP məlumat yayıb.
Məmməd İbrahim fevralın 26-da AXCP fəalları ilə birgə Xocalı faciəsinin ildönümü ilə bağlı Xətai rayonu ərazisindəki “Ana fəryadı” heykəlini ziyarət edərkən saxlanılıb.
AXCP sədri Əli Kərimli bildirib ki, ölkədə Xocalı məhbusunun da varlığı xalqın qəzəbini daha da artıracaq.
“Məmməd İbrahimi dərhal azad edin!” Kərimli qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?