Koronavirusla əlaqədar hazırkı karantin şəraitinə hər kəs məsuliyyətlə yanaşmalıdır.
Gundemxeber.Az Trend-ə istinadən bildirir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Hazırda gücləndirilmiş rejimdə fəaliyyət göstərdiklərini bildirən Z.Kazımov qeyd edib ki, artıq bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində və əhalinin toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılıb.
O, dezinfeksiya işlərinin hazırda da davam etdiyini söyləyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?