GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Bakı və Abşerona qarışqa hücumu

Bakı və Abşerona qarışqa hücumu

Tarix: 7-08-2018, 10:57 Bölmə :Maraqlı Baxış: 742
Bakı və Abşerona qarışqa hücumu


Ziyəddin Kazımov: “Mənzil-kommunal təsərrüfat birlikləri ərazidə fəaliyyət göstərən profilaktik dezinfeksiya şöbələri ilə müqavilə bağlamalıdır”

Bakıda və Abşeronda qarışqaların sayının sürətlə artması ilə bağlı qəzetimizə bir neçə müraciət daxil olub. Müraciət edənlər bildirirlər ki, dərmanlanma işləri görsələr də, qarışqa və digər həşəratların kökünü kəsə bilmirlər. Həşəratlar bir ucdan artırlar. Üstəlik, bu qarışqalar şirəyə deyil, əsasən çörəyə, meyvəyə və paltarlara daraşırlar.

Qarışqa problemi nəinki Bakı, hətta dünyanın bir neçə ölkəsi üçün də aktualdır. Avropa Birliyinin Ətraf Mühitin Mühafizəsi Komissiyasının ekspertlərinin fikrincə, qarışqaların sayının ifrat dərəcədə çoxalması 1916-cı ildən bəri ilk dəfə müşahidə olunan prosesdir. Qərbi Avropa ölkələri arasında Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliyada da qarışqaların sayı daha çox artıb.

Brüssel Mirmekologiya İnstitutunun əməkdaşlarının hazırladıqları hesabatda isə bildirilir ki, 2010-cu ilin yayından bəri “qarışqa inqilabı” dönəmidir: “Avropanın istisnasız olaraq bütün ölkələrində qarışqaların sayı dəfələrlə artıb. Bəzi dövlətlərin ərazilərində isə qarışqa koloniyalarının sayında 12-15 dəfəlik artım var. Aparılan tədqiqatların nəticələrinə əsaslanaraq deyə bilərik ki, 1919-cu ildən bəri Avropada belə qarışqa artımı olmamışdı. Qitənin bütün ölkələrindəki vəziyyətə və qarışqa koloniyalarının sayına nəzər salanda isə son 89 ildə indiki vəziyyətin olmadığını deyə bilərik”.

Avropalı mirmekoloqların (qarışqalar üzrə dünyada avtoritet qəbul edilən tədqiqatçılar) fikrincə, qarışqaların belə artımının səbəbi qlobal iqlim dəyişiklikləri, şəhərlərin böyüməsi və urbanizasiya, habelə insanların yaşam şərtlərinin fərqli səciyyəyə daşımasıdır.



Bəs qarışqalarla necə mübarizə aparmaq lazımdır?

“Yeni Müsavat”a danışa Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, mənzil-kommunal təsərrüfat birlikləri ərazidə fəaliyyət göstərən profilaktik dezinfeksiya şöbələri ilə müqavilə bağlamalıdır: “Hər ilin sonunda yaşayış binalarında lazım olan dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılması məqsədilə ərazi mənzil-kommunal təsərrüfat birlikləri ərazidə fəaliyyət göstərən Profilaktik dezinfeksiya şöbələri ilə müqavilə bağlamalıdır ki, qeyd etdiyim məsələlər üçün tədbirlər həyata keçirilsin. Lakin əfsuslar olsun ki, belə bir müqavilələr bağlanmadığına görə həmin ərazilərdə qarışqa və digər həşəratların olması müşahidə olunur. Ona görə də birinci növbədə müqavilələr bağlanmalı və müqavilələr əsasında xidmət göstərilməlidir. Fərdi evlərə gəlincə, onlar da mütləq ərazi üzrə dezinfeksiya şöbələri ilə müqavilə bağlanmalıdır ki, bu xidmət göstərilsin”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Damət Sultanov qarışqaların xeyirli həşərat sayıldığını deyir: “Qarışqalar kənd təsərrüfat üçün zərərli həşərat sayılmır. Ona görə də qarışqalara qarşı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən mübarizə aparılmır. Qarışqalar ilkin yazda meyvə ağaclarında, bitkilərdə ziyanlı həşəratlarla qidalanırlar. Ona görə də bizim xidmətin maraqlarında deyil ki, onunla mübarizə aparsın. Evlərdə, hər hansı ictimai yerlərdə, obyektlərdə, şəxsi təsərrüfatlarda qarışqa artımı müşahidə olunursa, dezinfeksiya etdirmək lazımdır. Qarışqalar bitki və qida qalığını toplaşır. Sanitariya və gigiyena qaydalarına riayət olunarsa, qarışqa az olar. Hazırda mövsümlə əlaqədar qarışqalar qışa azuqə toplamağa çıxıblar”.

Qarışqa və digər həşəratlardan xilas olmaq üçün dezinfeksiya etdirməyə imkanı olmayanlar üçün sadə üsul tövsiyə edə bilərik. Sputnik.az-ın məlumatına görə, həşəratlara qarşı apteklərdən, ya da marketlərdən dərman almağa ehtiyac yoxdur. Öz qoxusu ilə qarışqaları evdən uzaqlaşdıran məhlulu ev şəraitində hazırlamaq olar.

Stəkanın 1/4-i qədər alma sirkəsini su ilə birlikdə bir sprey şüşəsinə tökün və üzərinə də 2-3 damcı qərənfil yağı əlavə edin. Portağalın qabıqlarını soyub onu da məhlula qatın. Daha sonra şüşəni çalxalayın. Alınan məhlulu evdə qarışqaların çıxdığı hər küncə-bucağa astaca tökün. Böcəklər və qarışqalar həmin iyin hesabına evdən uzaqlaşacaqlar. Nəticəsi alınanadək bunu hər gün edin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda ermənilərə görə quduzluğa yoluxanların da sayı artıb

    Azərbaycanda ermənilərə görə quduzluğa ...

    30-01-2014, 16:28

  • 
  • Azərbaycan dünyanın ən bədbəxt ölkələri siyahısında

    Azərbaycan dünyanın ən bədbəxt ölkələri ...

    4-11-2014, 13:15

  • 
  • Yer kürəsinin əhalisi 10 milyarda çatacaq

    Yer kürəsinin əhalisi 10 milyarda çatacaq ...

    25-08-2016, 15:12

  • 
  • Səhiyyə Nazirliyinin «dezinfeksiya edib yuduğu» pullar

    Səhiyyə Nazirliyinin «dezinfeksiya edib yuduğu» ...

    28-11-2013, 12:47

  • 
  • Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – STATİSTİKA

    Azərbaycanda hər ailəyə neçə avtomobil düşür? – ...

    22-12-2013, 23:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu