GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qarabağdakı “seçkilər”lə bağlı beynəlxalq ictimaiyyətə müraciət olundu

Qarabağdakı “seçkilər”lə bağlı beynəlxalq ictimaiyyətə müraciət olundu

Tarix: 30-03-2020, 16:33 Bölmə :Cəmiyyət Baxış: 381
Qarabağdakı “seçkilər”lə bağlı beynəlxalq ictimaiyyətə müraciət olundu


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi nəzərdə tutulan qondarma “seçkilər”lə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"2020-ci il martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbərliyinə (prezident və parlament) işğalçı rejim tərəfindən növbəti qeyri-qanuni seçkilərin keçirilməsi planlaşdırılır. Koronavirus kimi pandemiyanın dünyada sürətlə yayıldığı bir dövrdə bütün dünyada kütləvi tədbirlər və insan toplantılarının təxirə salındığı halda, işğalçı rejimin öz siyasi oyunlarından əl çəkməməsi bir daha işğal altında yaşayan insanların həyatlarına, sağlamlıqlarına və təhlükəsizliklərinə etinasız münasibətin göstəricisidir. Qeyd edilməlidir ki, işğal edilmiş və etnik təmizləmə keçirilmiş Azərbaycan ərazilərində bu cür siyasi tamaşalar həm Azərbaycan Respublikasının qanunvericiliyinin, həm də bütün beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktıdır. Bu qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhdlərdən biri olmaqla heç bir şəkildə işğal edilmiş ərazilərdə həyata keçirilən bütün qanunsuz fəaliyyətlərə görə məsuliyyəti Ermənistanı üzərindən götürə bilməz.

Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərarında da bir daha işğal edilmiş ərazilərdə bütün məsuliyyətin Ermənistan üzərinə düşdüyünü göstərməklə, qondarma “Dağlıq Qarabağ” rejiminin heç bir hüquqi və siyasi legitimliyinin olmadığını təsbit etmişdir.

Bu və ya buna bənzər əvvəlki digər qanunsuz seçkilərin heç bir hüquqi qüvvəsi yoxdur, Azərbaycan torpaqlarının işğalı faktını heç bir şəkildə dəyişdirə bilmir və bilməz. Beynəlxalq hüquq tərəfindən qeyd-şərtsiz Azərbaycan əraziləri kimi tanınan işğal altındakı torpaqlarda hansısa seçkilərin keçirilməsi, hakimiyyət orqanlarının formalaşdırılması və vətəndaşların iradələrinin ifadə edilməsi yalnız Azərbaycan Respublikası qanunvericiliyi əsasında, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşların iştirakı ilə mümkündür. Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış əraziləri daxilində seçkilər yalnız və yalnız ölkə qanunvericiliyi, mərkəzi hakimiyyət orqanlarının və bütün vətəndaşlarının iştirakı ilə keçiriləcəyi təqdirdə hüquqi qüvvəyə malikdir.

Azərbaycan işğal edilmiş ərazilərində əvvəllər də keçirilmiş bənzər “seçkilər”ə beynəlxalq təşkilatlar və dövlətlər dəfələrlə müvafiq siyasi qiymətlərini veriblər. 2017-ci il fevralın 20-də Avropa İttifaqı Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “referendum”un konstitusion və hüquqi çərçivələrini tanımadığını bəyan etmişdi. Bundan əlavə, Avropa İttifaqı həmin referendumun və onun nəticələrinin hansısa formada Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə təsir edə bilməyəcəyini göstərib. 2019-cu ilin dekabrında bu mövqeyi Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini həmin ilin sentyabrında keçirilən qeyri-qanuni “mer seçkilərinə” münasibətində bir daha təsdiq edərək “həmin seçkilərin konstitusion və hüquqi çərçivələrini” tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Bundan əvvəlki 2012-ci ildə qondarma rejimin “prezident seçkilərini” Avropa İttifaqı, NATO və ATƏT kimi beynəlxalq təşkilatlar tanımamış və pisləmişdi.

Nəticə olaraq təəssüflə qeyd etməliyik ki, göstərilən qeyri-qanuni seçkilər Ermənistan rəhbərliyinin münaqişənin həlli prosesində tutduğu qeyri-konstruktiv mövqeyinin və işğalçı siyasətinin daha bir göstəricisidir. Azərbaycan Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq dünya ictimaiyyətini münaqişənin həllinin bölgənin azərbaycanlı və erməni icmalarının bərabər iştirakı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli yolunu dəstəkləməyi və bölgədə əvvəl keçirilən qeyri-qanuni seçkilərə verilən müvafiq qiymətlərində daha prinsipial olmağa çağırır"./"Report"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "25 illiyi" ilə bağlı tədbir ləğv edildi

    Azərbaycanın işğal olunmuş ərazilərində ...

    31-08-2016, 12:56

  • 
  • XİN: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkiləri" tanımır və tanımayacaq

    XİN: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda ...

    6-09-2019, 15:25

  • 
  • XİN: Fransa beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə hörmətsizlik nümayiş etdirir

    XİN: Fransa beynəlxalq hüququn norma və ...

    15-11-2018, 20:58

  • 
  • “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”

    “Suriya erməniləri Azərbaycanın işğal altındakı ...

    16-05-2014, 11:07

  • 
  • İtaliyada erməni təxribatının qarşısı alınıb RƏSMİ

    İtaliyada erməni təxribatının qarşısı alınıb RƏSMİ ...

    10-10-2014, 17:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu