O “seçki”ləri tanımayan həmsədrlər sabah yenə Xankəndində yeni rejim başçısı ilə görüşməyəcək guya?..
Ermənilər koronavirus pandemiyasına rəğmən “seçki” keçirmələrini də dünyaya böyük bir “demokratik” “uğur” kimi sırımağa çalışacaqlar…
Martın 31-də – Azərbaycanlıların Soyqırımı günündə, eyni zamanda bəzilərinin adatma, digərlərinin “gülüş günü” adlandırdığı 1 aprel ərəfəsində müstəqil(!) Azərbaycan Respublikasının hüquqi-tarixi ərazisi olan 20 faizlik torpağımızda işğalçı və terrorçu ermənilər növbəti dəfə qanunsuz “prezident” və “parlament” seçkiləri keçirdilər.
Sozcu.az xəbər verir ki, Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər bölgə və şəhərlərimizdə keçirilmiş “seçki”lərin ilkin nəticələrinə görə, “prezident”liyə namizədlər arasında qalib – separatçı-terrorçu rejimin keçmiş “dövlət” “naziri” Araik Arutyunyan olub. İkinci yerdə “xarici işlər” “naziri” Masis Mailyan, üçüncü yerdə isə sabiq “təhlükəsizlik katibi”, general Vitaliy Balasanyandır.
Həmişə olduğu kimi, yenə də bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu “Dağlıq Qarabağ” deyilən ərazidə keçirilmiş “seçki”ləri tanımadığını bəyan etdilər.
O “seçki”ləri tanımayan həmsədrlər sabah yenə Xankəndində yeni rejim başçısı ilə görüşməyəcək guya?..
P.S. Qalibin kim olmasından asılı olmayaraq əsas odur ki, 1994-cü ilin mayından “atəşkəs” sazişindən keçən 26 illik torpaqlarımızı azad ediləcəyi ilə bağlı özümüzü aldatma torpaqlarımızda, Qarabağda yenə də faktiki olaraq erməni “prezident” və “deputat”lar seçildi və biz bunun qarşısını almaq üçün heç bir tədbir görə bilmədik…
P.P.S. Ermənilər koronavirus pandemiyasına rəğmən “seçki” keçirmələrini də dünyaya böyük bir “demokratik” “uğur” kimi sırımağa çalışacaqlar...//moderator.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?