GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər...

Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər...

Tarix: 2-04-2020, 12:31 Bölmə :Cəmiyyət Baxış: 370
Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər...


Ən çətin durumlarda ölkənin güc strukturlarının səfərbərliyi mütləqdir. Əgər mövzu Vətənin təhlükəsizliyi, sabitliyin qorunmasıdrsa, o zaman, görəv məsuliyyəti birə-beş artır. Düşmən təxribatı varsa, təhlükə sərhəddədirsə sərhədçilərimiz və ordumuz yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir.

Bu gün biz hər iki təhlükə ilə üzbəüzük. Bir tərəfdə düşmən, o biri tərəfdə də dünyanı silkələyən “taclı bəla”. Hər ikisinin qarşısını almaq üçün lazımı tədbirlər görülür. Gündəmin mübariz gücləri isə həkimlər və polislərdir. Öz həyatlarını riskə atıb həyat qurtarır, həyat qoruyurlar. Polis peşəsinin çətinliyini, polis əməkdaşlarının ən ağır şərtlər altında belə xidmətini davam etdirməsini sosial şəbəkələrdən və televiziya ekranlarından görənlərin heyrətini ifadə edən “Biz, polisimizlə fəxr edirik” sitatı yetər ki, cəmiyyətin görülən işə, çəkilən zəhmətə verdiyi dəstəyi və önəmi görək.
Gözlər, nəzərlər yenə ağ xalatlı xilaskarlara və onlara dikilib. “Hər yerdə polis var” qərəzi ilə polisə həqarətlə yanaşanlara bu dəfə “haqq” qazandırıram: Bəli, hər yerdə polis var, çünki vətəndaşımızın cangüvəni üçün hər yerdə polis olmalıdır. Cəmiyyət tərəfindən “dışlanan”lar, zərərli vərdişlərə adətkar olanlar da düşünsünlər ki, əyri bir addım atsalar qarşılarında, bir sözlə, hər yerdə polisi görəcəklər.
Ani bir məsuliyyətzlik böyük faciələrə yol açır. Vətəndaşa “evdə qal” çağırışı ilə küçələrdə, parklarda nəzakətlə yanaşıb: “Özünüzü, əzizlərinizi düşünün”,- deyənlər bizdən heç nə istəmir: qaydalara əməl etmək, bir xoş təbəssüm və nəzakət yetər...

Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər...


Ancaq təəssüflər olsun ki, yenə də qaydaları pozanlar var və onlarla polisin apardığı profilaktiki söhbəti daha yaxından izləmək üçün Səbail RPİ-nin Post-Patrul Xidməti əməkdaşlarının dislokasya üzrə xidmət etdikləri ərazidə keçirdikləri reydlərdə iştirak etdik.
“Fəvvarələr meydanı”nda, “Sahil” və “İçərişəhər” metrolarının yaxınlığında, rayonun inzabati ərazisində “Evdəqal” xəbərdarlığına əməl etməyənlərə həmkarlarımızın yaxınlaşıb özlərini təqdim etdikdən sonra tələbləri izah etməsi çox vaxt almasa da məni düşündürən biganəliyimiz idi...

Həyatımızın və səbrimizin sınağa çəkildiyi günlər...


Dənizkənarı bulvardayıq. Burda da qocalı-cavanlı qaydalara əməl etməyənlər var. Çoxu suçlu olduğunu bilir. Ancaq bilib və əməl etməmək...
Rayon Polis İdarəsinin əməkdaşı deyir ki, vətəndaşlarla ünsiyyətdə Nizamnaməyə və “Polis əməkdaşlarının etik-davranış kodeksi”nin tələblərinə uyğun olaraq, nəzəkətli və səmimi şəkildə özünü təqdimetmə mütləqdir. “Böyük-kiçik yolu gözləmək”, adət-ənənlərimiz də belə hallarda köməyə çatır. Xidmət zamanı bir şirin söz, səmimi bir jest xoş ünsiyyətin təməlinə çevrilir.
Düzü, reyd zamanı bəzi vətəndaşların kobud davranış sərgiləməsinə də rast gəldik. Ancaq həmkarlarımız təmkinini pozmurlar, daha doğrusu, polisin psixoloji təsiri bu yerdə özünü göstərir: “Dayı, yaşın 65-dən də yuxarıdır və Allah ömür versin, bu gün-sabah 70-i haqlayacaqsınız. Axı evinizdə sizdən başqa övladlarınız, nəvələriniz var. Əgər siz virisa yoluxsanız və onları da yoluxdursanız mənəvi əzab çəkməyəcəksiniz?”...
Qoca susur, susur və həmkarımı bağrına basmaq istəyir: “Yox, qucaqlaşmaq, əllə salamlaşmaq da olmaz. Sağlığımız üçün həm də məsafə saxlamlıyıq. Bunlar özümüzü qorumaq naminə əsas şərtlərdən biridir”. Bu dəfə də polisin maarifləndirmək və inandırmaq bacarığı köməyinə çatır...
Onların, asayiş keşikçilərinin, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının işi, xidməti daha çətindir, çünki mərkəzi rayondur. Yeri gəlmişkən, reyddə iştirak edən Post-Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı Emin Murtuzayevin səbri, dözümü, vətəndaşlarla ünsiyyəti də diqqətimdən yayınmadı.
O, 2016-cı ildən xidmətdədir. DİN-in Polis Akademiyasının dinləyicisidir. Dəfələrlə DİN və RPİ rəhbərliyi tərəfindən mükafatlandırılıb. Seçdiyi və sevdiyi peşənin çətinliyi heç də hər şeyin asan əldə olunmadığını öyrədib ona. Yuxusuz gecələrin, “dirigözlü açılan səhərlərin” yorğunluğunu unudub darda, çətində, polisin köməyinə ehtiyacı olanın yanında olub həmişə. Bu müvəqqəti çətinliyin çox qısa zamanda keçəcəyinə inanır...
Ölkə karantin rejimindədir. “Biz birlikdə güclüyük”lə öhdəsindən gələcəyik. Sadəcə xəbərdarlığa əməl edin və “evdə qalın”. Gözə görünməyən düşmənin bizə və əzizlərimizə ziyanından qorunmaq üçün həyatımızın və səbrimizin sınağa çəkildiyi bu günlərdə AZƏRBAYCANIMIZ üçün “evdə qalaq”.

Hafiz Təmirov,
polis polkovnik-leytenantı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – Rəsmi

    Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – ...

    23-01-2014, 20:50

  • 
  • SON DƏQİQƏ - Düşmən Ağdam tərəfdən mövqelərimizə hücuma keçdi - Daha iki şəhid

    SON DƏQİQƏ - Düşmən Ağdam tərəfdən mövqelərimizə ...

    2-08-2014, 03:03

  • 
  • Ordumuz ərazilərimizi işğaldan belə azad edir - Düşmən vahimə içərisindədir - VİDEO

    Ordumuz ərazilərimizi işğaldan belə azad edir - ...

    4-04-2016, 23:27

  • 
  • Zakir Həsənov: “Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”

    Zakir Həsənov: “Ordumuz hər an düşmən ...

    16-06-2018, 16:56

  • 
  • Ukrayna ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirildi

    Ukrayna ordusu tam döyüş hazırlığı vəziyyətinə ...

    26-11-2018, 11:48


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu