Bakıda yerləşən xəstəxanaların birində koronavirus şübhəsi ilə karantinə alınan tibb işçiləri etiraza qalxıb.
Gundemxeber.Az xəbər verir ki, Hacı Elşən adlı "Facebook" istifadəçisi profilində bu haqda video paylaşmış və həmin tibb ocağının Nəsirəddin Tusi adına xəstəxana olduğunu qeyd etmişdi.
Bununla bağlı saytımızda məlumat verildikdən sonra Tusi adına xəstəxananın əməkdaşları redaksiyamızla əlaqə saxlayaraq, həmin çəkilişin sözügedən xəstəxanaya heç bir aidiyyatı olmadığını bildirib. Onlar qeyd edib ki, Tusi adına xəstəxana cəmi 3 mərtəbədən ibarət olsa da, həmin çəkilişdəki tibbi işçiləri binanın 10-cu mərtəbəsində yerləşdirildiklərindən söhbət açır. Bu isə onu deməyə əsas verir ki, çəkiliş başqa xəstəxanada aparılıb.
Sonradan apardığmız araşdırma zamanı da bəlli oldu ki, Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə yaradan tibb işçiləri telefonda səsi eşidilən xanıma binanın 10-cu mərtəbəsində olduqlarını bildirir.
Bu isə onu deməyə əsas verir ki, məlum olayda Tusi adına xəstəxananın adının hallanması məqsədli şəkildə gündəmə gətirilib.
Yeri gəlmişkən, az əvvəl Hacı Elşən adlı "Facebook" istifadəçisi də özünün səhifəsində paylaşdığı videonu silib və yanlışlığa yol verildiyini bildirib.
Odur ki, qarşı tərəfin mövqeyini öyrənmədən bu informasiyanı saytda dərc etdiyimizə görə Tusi adına xəstəxananın rəhbərliyindən üzr üstəyirik.
Sorğu
Yeni dizaynımız necədir?