“Azərbaycanda koronavirusa yoluxma hallarının passivləşmə müddəti 15 gün olaraq proqnozlaşdırılır”.
Gundemxeber.az xəbər verir ki, bu sözləri redaktor.az-a açıqlamasında tibbi ekspert Adil Qeybulla deyib ki, bu, situasiyadan asılı olaraq dəyişə bilər:
“Xəstəliyin yayılma müddəti 15 gün olaraq proqozlaşdırılıb. Aprelin 20-nə qədər karantin tətbiq olunub. Amma bu tarixdən sonrakı epidemioloji vəziyyət uzadıla və ya yüngülləşdirilə bilər. Bu, situasiyadan, insanların karantin qaydalarına nə dərəcədə əməl etməsindən, ən əsası sosial izoliyasiya tədbirləri və gigyenik qaydalara nə dərəcədə əməl edilməsindən asılıdır”.
Tibbi ekspert həmçinin qeyd edib ki, beynəlxalq səviyyədə isə COVID-19 epidemiyasının zəifləməsini mayda müşahidə etmək mümkün ola bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?