Dünyada koronavirusdan 100 mindən çox insan həlak olub.
Bu barədə COVID-19 ilə bağlı hesablamalar aparan Cons Hopkins Universitetinin saytında bildirilir.
Ən son məlumatlara görə, dünyada COVID-19 infeksiyasından 102 753 insan ölüb, koronavirusa yoluxanların ümumi sayı 1 698 271 nəfərə çatıb.
Dünyada yeni növ virusa yoluxma ən çox ABŞ-da qeydə alınıb. Bu ölkədə 501 301 min nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub.
İspaniyada bu rəqəm 158 273 nəfər təşkil edir. Siyahıda üçüncü yerdə 147 577 xəstə ilə İtaliya qərarlaşıb.
Fransada 125 931 nəfər koronavirus xəstəsi qeydə alınıb. Almaniyada son bir gündə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınmayıb. Bununla belə, ölkədə 122 171 nəfər COVID-19 infeksiyası daşıyıcısı var.
Bir müddət əvvəl dünyada epidemiyanın mərkəzi sayılan Çin indi 82 941 yoluxma ilə digər ölkələrdən geridədir. Siyahıda bundan başqa Böyük Britaniyanın (74 605 yoluxma) və İranın (68 192) adları var. Qalan ölkələrdə koronavirusa 50 mindən az insan yoluxub.
Siyahıda Türkiyə, Belçika, İsveçrə, Niderland, Kanada, Braziliya, Portuqaliyanın da adları qeyd edilib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.//Report
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?