GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mağaza və marketlərdə bahalaşmanı kimlər yaradır? - GƏLİŞMƏ

Mağaza və marketlərdə bahalaşmanı kimlər yaradır? - GƏLİŞMƏ

Tarix: 11-04-2020, 22:04 Bölmə :Cəmiyyət Baxış: 422
Mağaza və marketlərdə bahalaşmanı kimlər yaradır? - GƏLİŞMƏ


Koronavirusun ölkə ərazisində yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının dövlət başçısı tərəfindən bütün lazmi addmlar atılır. Prezident “Yeni klinika”nın vaxtından tez açılşını həyata keçirərək virusa yoluxanların müalicəsinin yüksəksəviyyəli təşkilini təmin edib. İndiyə qədər imzalanan sərəncamlarla dövlətin pandemiyaya qarşı tədbirlərini həyata keçirməsinə hərtərəfli təmin edib. Azərbaycanda tələbatı artan maska və tibbi spirtin ölkədə istehsalına start verilib.

Dövlət başçısının birbaşa göstərişi ilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq ölkədə tətbiq edilən karantin rejimi sərtləşdirilib. Ərzaq mağazaları və əczaxanalara, həkimə getməkdən savayı əhalinin evdən bayıra çıxması çətinləşdiyi bir dövrdə bəzi qida məhsullarının tapılmaması və bəzilərinin süni qiymət artımına məruz qalması vətəndaşların haqlı narazılığına səbəb olur.

Halbuki aprelin 8-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov jurnalistlərin suallarına cavab olaraq dəfələrə qeyd edib ki, Azərbaycanın 3 aylıq ərzaq tədarükü var, hətta 6 aya kimi sığortalanıb. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı verilib ki, ölkənin ərzaqla təmin edilməsində problem yaranmasın.

Buna qədər aprelin 3-də Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov mediaya müsahibəsində Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alındığı üçün Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas olmadığını deyib. Onun sözlərinə görə, aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib.

Ən əsası da Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi “Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmadığını qeyd edərək paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem olmadığını qəti şəkildə bildirib.

A.Hüseynov karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmadığını idda etsə də, mağaza və supermarketlərdə müşahidə edilən qiymət artımı onu göstərir ki, tələb təklifi üstələyir. Belə ki, həmişə alınan gündəlik ərzaq, əsasən də kənd təsərrüfatı məhsullarının bəzilərinin qiymətində 30 faizə qədər artım nəzərə çarpır. Bu da onu göstərir ki, son günlər daha çox tələb olunduğu üçün təkcə zəncəfil bahalaşmayıb, cücərmiş sarımsağı da marketlər 8 manata, xaricdən gələni isə 10 manata satırlar. Halbuki “Kənddən şəhərə” mağazalarında bir ay bundan qabaq sarımsağın qiyməti 3 manata idi.

Dövlət başçısı xəbərdarlıq etsə də, bəzi işbazlar bu vəziyyətdə də artıq pul qazanmağa meyilləniblər. Ona görə ki, artıq Bakı şəhərinin bütün sakinləri bu bahalaşmanı hiss edirlər. AzToday.az xəbər verir ki, adi soğanın qiyməti bayramdan qabaq 60-70 qəpik idi, aprel ayının sonunda təzə soğanın yığımı gözlənildidiyi halda, soyuducularda don vurmuş soğanın qiyməti 1 manat 15 qəpikdən aşağı deyil, 1 manat 30-a satanlar da var. Kələmin qiyməti 1 manat 20 qəpik olub. Bu siyahını çox uzatmaq olar.

Digər marketlərə nisbətən kənd təsərrüfatı mallarında qiymətləri aşağı saxlamağa çalışan “Araz” marketlər şəbəkəsinin mağazalarında da son günlər kələmdən başqa, bütün meyvə-tərəfəz məhsullarında bahalaşma qedyə alınıb. Məsələn, karof bütün marketlərdə və meyvə satılan yerlərdə 80 qəpik idi. İndi ən pisi 1 manatdan aşağı deyil. Limonun qiymətini də birdən-birə bahalaşdırdılar. Hətta “Oba” marketlərində də 35 qəpilik limon indi 55 qəpiyə satılır. Kilo ilə 3 manat olan limon artıq 5 manata satılır. Yumurtanın qiymətini isə aşağı salmaq fikrində deyillər. Halbuki keçən ilin eyni vaxtı ilə müqayisədə yumurta indi 11 qəpik olmalı idi. Maraqlı bir tendensiya var ki, yalnız bananın qiyməti 30-40 qəpik aşağı düşüb, 2 manata satılır.

Marketlərdə satılan digər məhsullara gəlincə, bəzi şirkətlərdə qiymət artımı o qədər hiss olunmasa da, bəziləri qiymətləri qaldırıb. Ona görə də bir çox marketdə unun qiyməti artmaqda davam edir.

“Sevimli dad” şirkəti də birdən-birə məhsullarında qiymət artımına gedib. Ona görə ki, bu şirkətə məxsus kolbasaları “Araz”da 8 manat 70 qəpiyə satılan kolbasa indi 10 manata satılır, 9 manata satılan sosislər indi 11 manata alıcılara təklif edilir. Şirkətin digər məhsullarında və digər şirkətlərin mallarındakı qiymət artımını hələlik qeyd etmirik. Görəsən, nə baş verir?

Axı bir neçə gün bundan qabaq Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışından sonra Azərbaycan xalqına müraciəti zamanı deyib ki, indi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın:

“Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

Bu münasibətdən sonra əlavə şərhə ehtiyac olamasa da, onu xatırladaq ki, hökumət və dövlətimiz hər vəchlə qiymətlərin stabil saxlanması, süni qiymət artımının qarşısını üçün bir çox məhsullara üçün tətbiq edilən vergiləri aradan qaldırır, sahibkarlar üçün bütün güzəştləri edir. Hətta bəzi şirkətlər bunun müqabilində bəzi məhsulların qiymətini aşağı salır. Amma görünən odur ki, ölkə üçün, əhali üçün çətin dövrdə bəzi şirkətlərin, mağazaların rəhbərləri fürsətdən istifadə edib daha çox pul qazanmaq istəyirlər. İlin-günün bu vaxtında öz soydaşlarına və vətəndaşlarına qarşı bu münasibət dövlət başçısının qeyd etdiyi kimi, xəyanətə bərabər bir addımdır.//AzToday.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabahdan ölkə ərazisində xüsusi karantin rejimi elan edilir

    Sabahdan ölkə ərazisində xüsusi karantin rejimi ...

    23-03-2020, 21:08

  • 
  • Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi

    Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi ...

    29-03-2020, 16:28

  • 
  • DİN gücləndirilmiş iş rejiminə keçib

    DİN gücləndirilmiş iş rejiminə keçib ...

    31-03-2020, 20:05

  • 
  • Koronavirus: İspaniyada ölənlərin sayı artdı, ABŞ saya görə Çini keçdi

    Koronavirus: İspaniyada ölənlərin sayı artdı, ABŞ ...

    27-03-2020, 16:55

  • 
  • Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ

    Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına ...

    23-03-2020, 18:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu